16
Klinik mənzərə
Qaraciyərin alkoqol mənşəli steatozu əksər hallarda simptomsuz
keçir və təsadüfi müayinə nəticəsində aşkara çıxır. Bəzən xəstə
ürəkbulanma, qarnının sağ yuxarı kvadrantında küt ağrılardan,
ümumi diskomfort hislərindən şikayətlənir.
Qaraciyərin alkoqol mənşəli hepatitinin əlamətləri başqa etiologiyalı
qaraciyər çatışmazlığı zamanı yaranan klassik simptomlara uyğundur.
Xəstələr ümumi zəiflikdən, iştahanın itməsindən, ürəkbulanma, qusma,
yuxu ritminin pozulması, bədən temperaturunun qalxması, dəri
qaşınması və qanaxmaya meyllilikdən şikayətlənirlər.
Çox vaxt kəskin alkoqol hepatiti qaraciyərin sirrozu fonunda olur
və gedişi nəzərəçarpacaq dərəcədə ağırlaşdırır.
Bəzən diaqnoz xəstəliyin dekompensasiya mərhələsində meydana
çıxan simptomlara əsasən qoyulur. Assit virus mənşəli sirrozlarda
daha tez inkişaf edir.
Diaqnostika
Qaraciyərin alkoqol mənşəli xəstəliyinin diaqnostikasında
xəstələrdən anamnezin toplanılmasının böyük rolu vardır. Bunun
vasitəsilə xəstəliyi yaradan səbəblər haqqında məlumat almaq olar.
Çox vaxt xəstələr alkoqola qarşı aludəliyi gizlətməyə çalışırlar.
Xəstənin yaxınlarından, qohumlarından bu barədə məlumat
toplanılmasına ehtiyac duyulur
Dostları ilə paylaş: