10 iyul 2015-ci il
http://www.amu.edu.az
3
Azərbaycan Tibb Universiteti-
nin Tədris Cərrahiyyə Klinikası-
nın I Cərrahi Xəstəliklər kafed-
rasının müdiri, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir
üzvi, professor Nuru Bayramo-
vun rəhbərliyi altında böyük bir
ekiblə ilk dəfə olaraq qaraciyər
xəstəsinə “Kök hüceyrə trans-
plantasiyası” əməliyyatı həyata
keçirildi.
Xəstənin
sümük
iliyindən əldə edilən mezenximal
kök hüceyrələrini intraarterial
yolla qaraciyərə trans etdilər.
Ekibdə
Transplantologiya
şöbəsinin müdiri t.ü.f.d. Dr. Rus-
lan Məmmədov, Şüa-diaqnos-
tika şöbəsinin müdiri Dr. Rasim
Bayramov,
İnvaziv
kardiolo-
giya şöbəsinin müdiri, t.ü.f.d.
Dr.Qalib İmanov, Hematoloq
Dr. Naidə Ağayeva, Molekulyar
bioloq və genetik Dr. Fərid İs-
mayıllı, Həkim-Anesteziolog Dr.
Məmməd Şirinov, Rezident Meh-
riban Hüseynova iştirak edirdi.
Başda Prof. Nuru Bayramov
olmaqla bütün ekibə dərin
təşəkkürümüzü bildirir, işlərində
davamlı uğurlar və Azərbaycan
səhiyyəsində ilklərə imza atma-
nın davamını diləyirik.
Dostları ilə paylaş: