İyulun 8-də ATU-nun Tədris
Terapevtik Klinikasının Tibbi
Şurasının növbəti yığıncağı
keçirildi. Klinikanın direkto-
ru, professor Surxay Musayev
yığıncağı açaraq gündəlikdə
duran məsələləri diqqətə çat-
dırdı.
Əvvəlcə
klinikanın
iyun
ayındakı
müalicə-diaqnostik
fəaliyyətinin yekunları haqqında
klinikanın baş həkimi, dosent
Ramin Bayramlının məlumatı
dinlənildi. O, hesabatını əsasən
statistik rəqəmlər üzərində qu-
raraq paralellər apardı, bütün
şöbələr üzrə son göstəriciləri
slaydlar vasitəsilə nümayiş et-
dirdi. Hesabatda qeyd olundu ki,
bu ilin iyun ayı ərzində may ayı
ilə müqayisədə klinikaya daxil
olan xəstələrin sayında azalma
qeydə alınıb. Eyni zamanda kli-
nikaya daxil olan xəstələrin sayı
2014-cü ilin müvafiq dövrü ilə
müqayisədə də azalıb.
Baş həkim ambulator qəbulun
sənədləşdirilməsi və ambulator
diaqnozların
əsaslandırılması
zamanı yol verilən mövcud nöq-
sanlara da toxundu. O cümlədən
yeni daxil olan xəstələrin xəstəlik
tarixlərinin tərtibi, protokola
uyğun olmayan və göstərişsiz
dərmanların yazılması, təyinat
vərəqi ilə xəstəlik tarixləri arasın-
da uyğunsuzluq və diaqnozun
3-5 gün müddətində müəyyən
edilməsinə dair qüsurlar da he-
sabatda öz əksini tapdı.
Bundan sonra klinikanın he-
matologiya şöbəsinin müdiri
Valeh Hüseynov şöbənin 1 illik
fəaliyyəti haqqında yığıncaq iş-
tirakçılarını məlumatlandıraraq
yeniliklər, əldə edilən uğurlar,
elmi nailiyyətlər və gələcək
planlar barədə danışdı. Qeyd
etdi ki, ambulator müayinələr
və stasionar müalicələr həyata
keçirilir. İndiyədək müraciət
edən xəstələrə 9 % sümük ili-
yi biopsiyası, 5 % sümük iliyi
aspirasiyası, 4 % flebotomiya,
33 % hemotransfuziya, 42 %
kimyəvi terapiya və 7 % serum
köçürülməsi xidməti göstərilib.
Şöbənin 1 illik fəaliyyəti
dövrün də ambulator xəstələrin
sayı 845 nəfər olub. Stasionar
xəstə sayı 511 nəfərə çatıb ki,
bunlardan da 259 nəfəri gündüz
stasionarında müalicə alan, 252
nəfəri isə yatan xəstələrdir.
Ən müasir səviyyədə aparılan
müayinələr barədə məlumat
verən Valeh Hüseynov bil-
dirdi ki, qan bankı və aferez,
sümük iliyi transplantasiya-
sı bölmələrinin yaradılması,
şöbənin xüsusi hepafiltirlərlə
təchizatı və kök hüceyrə toplan-
ması və dondurulması (klinika
kök hüceyrə toplanması üçün
Trima aferez cihazı və dondu-
rulması üçün ABŞ istehsalı azot
tankı ilə təchiz olunub) əsas
hədəflərimizdir. Eyni zamanda
tibbi heyətin təkmilləşdirilməsi,
MM xəstələrində kök hüceyrə
toplanmasına təsir edən faktor-
lar mövzusunda Ankara Univer-
siteti ilə birgə elmi iş və Allojenik
sümük iliyi transplantasiyasında
vacib şərtlərdən olan HLA uy-
ğun donorun axtarışı sahəsində
elmi iş də başlıca hədəflərimizə
daxildir.
Dr. Valeh Hüseynov onu da
vurğuladı ki, Hematologiya və
Sümük iliyi transplantasiyası
şöbəsinin normal fəaliyyət gös-
tərməsi üçün müasir tələb lərə
cavab verən laboratoriya, rea-
nimasiya və digər bolmələrin ol-
ması çox vacibdir və bu baxım-
dan çoxprofilli klinikamızda hər
cür şərait yaradılıb.
Şöbədə maarifləndirmə işi-
nin də diqqətdə saxlandığını
deyən doktor V.Hüseynov orta
tibbi personal üçün həftədə bir
dəfə seminar (neytropeniya-
lı xəstələrə yanaşma, mərkəzi
venoz kateter baxımı, aseptik
və antiseptika və s.) hazırlan-
masından, həkimlərin həftəlik
konsiliumundan da bəhs etdi.
Türkiyə Cümhuriyyəti Bilim Uni-
versiteti ilə Florence Nightingale
xəstəxanasının
Hemotologiya
və Sümük İliyi Transplantasiya-
sı şöbəsinin müdiri professor
Mutlu Arat ilə ayda bir dəfə canlı
körpü vasitəsilə konsilium apa-
rıldığını söylədi.
O, şöbədə qan bankı xidmətinin
daha da yaxşılaşdırılması və qan
bankı məhsullarının hazırlanma-
sı istiqamətində ilk addımların
atıldığını bildirərək gələcəkdə
görülən işlərin yüksələn xətlə in-
kişaf edəcəyinə əminliyini ifadə
etdi.
Klinikanın təsərrüfat hissəsi nin
fəaliyyəti barədə toplantı iştirak-
çılarını məlumatlandıran direk-
tor müavini Malik Məmmədov
mərtəbələrə suaparan boru-
ların yenisi ilə əvəz edildiyi-
ni, I mərtəbədə qəbul otağının
genişləndirildiyini, tə cili yardım
mər kəzinin
yaradıldığını
və
mü hazirə zallarının təmir olun-
duğunu bildirdi. Həmçinin ca-
maşırxana binasının tikildiyini
və avadanlıqlarla təchiz edildi-
yini söyləyərək qazanxanada
sıra dan çıxmış detalların, na-
sosxanada nasosların, təzyiq
tənzimləyicilərinin qismən də-
yiş dirilməsindən, su hovuzunun
içərisində və ətrafında görülən
təmir işləri haqqında da məlumat
verdi.
Klinikanın direktoru, professor
S.Musayev tibbi şuranın yığınca-
ğını yekunlaşdıraraq aylıq hesa-
batla bağlı fikirlərini bölüşdü. Bil-
dirdi ki, iyun ayında respublika-
da keçirilən böyük idman tədbiri
ilə əlaqədar kənd əhalisinin Ba-
kıya gəlməsi çətinləşmişdi. Biz
gözləyirdik ki, tədbirlər başa ça-
tandan sonra xəstələrin sayı ar-
tacaq və həqiqətən də belə oldu.
S.Musayev qeyd etdi ki,
xəstəxanaya daxil olan xəstə
haqqında
məlumat
internet
üzərindən dərhal nazirliyə ötü-
rülür. Bəzən xəstələrə vax-
tında diaqnoz qoyulmaması,
respublikada təsdiq olunma-
yan
dərmanların
yazılma-
sı, təyinat vərəqəsində olan
dərmanlarla xəstəlik tarixində
olan dərmanların uyğunsuzluğu
kimi hallara yol verilməsi təəssüf
doğurur.
Hematologiyanın universiteti-
mizdə yeni bir sahə olduğunu
və Dr. Valeh Hüseynovun ma-
raqlı hesabatla çıxış etdiyini də
vurğulayan S.Musayev əsas
diqqətin bu sahənin tam forma-
laşmasına yönəldiyini söylədi:
“İnanırıq ki, bu şöbə təkcə
universitetimizdə deyil, respub-
likada fərqli fəaliyyəti ilə seçilən
bir şöbəyə çevriləcək. Hema-
tologiya şöbəsinin yaradılması-
nın, təkmilləşdirilməsinin, yeni
müalicə üsullarının tətbiqinin
daim universitetin rektoru, aka-
demik Əhliman Əmiraslanovun
diqqət mərkəzində olduğunu və
məhz onun dəstəyi və köməyi
ilə bu qədər müasir tibbi cihaz
və avadanlıqların alınmasının
mümkün olduğunu xüsusi qeyd
etdi. Bu məqsədlə xeyli müasir
cihaz alınıb. Kök hüceyrələrin
saxlanılması, onların dondu-
rulması üçün cihazlar Ame-
rika
Birləşmiş
Ştatlarından
gətirilmişdir. İndi hematologiya
şöbəsinin tələb olunan stan-
dartlara uyğun şəkildə yenidən
qurulması, hepafiltr sisteminin
quraşdırılması
istiqamətində
hazırlıq işləri gedir. Bütün işlər
Türkiyənin və Azərbaycanın bu
sahədə ixtisaslaşmış şirkətləri
tərəfindən həyata keçiriləcək,
şöbədə bu xəstələr üçün xüsusi
steril şərait yaradılacaq. Çün-
ki hematoloji xəstələr patogen
mikroorqanizmlərdən tam təcrid
edilməlidir. Yəni müalicədən
öncə belə xəstələrin immuniteti
sıfırlanır. Bu mərhələdə hər han-
sı infeksiya dəhşətli nəticələrə
gətirib çıxara bilər”.
S.Musayev bu istiqamətdə
görülən bütün işlərin təsdiq
olunmuş plana müvafiq olaraq,
sentyabr ayında başa çatacağı-
na əminliyini vurğuladı və çıxışı-
nın sonunda məzuniyyətə çıxan
tibbi personala mənalı istirahət
arzuladı.
Dostları ilə paylaş: |