10 iyul 2015-ci il
http://www.amu.edu.az
5
M
ay ayının ortaları idi. Bahar
fəslinin ən gözəl çağı. Ürəyim
məni bir balaca narahat eləməyə
başlamışdı. Hansı xəstəxanada müalicə
alacağımı
düşünürdüm.
Birdən
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən verilən
veteran kitabçası yadıma düşdü.
Mərdəkanda yerləşən Əmək veteranları
üçün
xəstəxana.
Mənə
verilən
“Əmək veteranı” kitabçası ilə həmən
xəstəxanada müalicə almağa hüququm
çatırdı.
Beləcə qərara gəldim ki, orada müalicəmi
götürüm. Sözün düzü, hazırlığımı görsəm
də, oranın şəraitindən, müalicəsindən nagu-
man idim. Bu xəstəxana haqqında bir neçə
insanlardan xoş sözlər eşitsəm də, özüm
bunların şahidi olmamışdım. Oğlumla səhər
erkən Mərdəkana yola düşdük. Həyacanlı
olsam da bunu biruzə vermək istəmirdim.
Biz Mərdəkana çatanda artıq saat 8 tamam
idi. Xəstəxananın həyəti yaşlı insanlarla qay-
naşırdı. Burada çox yaşlı insanlarla rastlaş-
dım. İlk görüş sıxıntılı oldu. Təzyiqimin qalx-
dığını hiss elədim. Özümə yer tapmırdım.
Elə hey gəzinirdim. Hətta gəlməyimə peşi-
man olmuşdum. Burada müalicə olunan
xəstələrin əksəriyyətinin 75-90 yaşı olardı.
Hərə özünə məxsus halda bağda dolanırdı.
Biri tez-tez gəzinir, biri öz-özünə söylənir,
bəzilərinin isə gözləri yol çəkirdi.
Bir azdan baş həkim Xuraman xanım Za-
manova məni qəbuluna çağırdı. Çox bö-
yük nəzakətlə qarşılayıb, məni həssaslıqla
dinlədi və yeni korpusun 3-cü mərtəbəsinə,
həkim Səfər Şabanovun yanına göndərdi.
Mənim xəstəxana və həkimlərlə ilk tanışlı-
ğım belə başladı. Səfər həkimin qəbulundan
elə böyük təəssuratla çıxdım ki, halımın yax-
şı mənada nə qədər dəyişdiyini hiss etdim.
Bu ziyalı insanın xəstəyə xüsusi münasibəti
məni riqqətə gətirdi. Belə həkimlərin var-
lığı xəstələr üçün böyük tapıntıdır. Bəli,
məni palataya yerləşdirdilər. Otaqda ürək
açan səliqə-sahman var idi. Bu gündən
rastlaşdığım hər bir tibb bacısı öz işgü-
zarlığı, məsuliyyəti, təmkini ilə məni valeh
edirdi. Təbiət etibarı ilə tələbkar, haqsızlı-
ğı qəbul eləməyən insanlardanam. Burada
həkimlərdən tutmuş tibb bacılarına qədər,
hamı bir nəfər kimi xəstələrin halını nəzərə
alır, onlara lazımi tibbi yardım köməyini
əsirgəmirdilər. Elə bir tibb bacısı yoxuydu
ki, onun haqqında mənfi rəy söyləyəsən.
Xüsusilə tibb bacısı Sürəyya xanımı qeyd
etmək istəyirəm. Hələ xadimələrin səliqə-
sahmanı, nəzakətli davranışları. Bir sözlə,
hər yan öz təmizliyi ilə diqqəti cəlb edirdi. Bu
18 gündə olunan xidmət məni qürurlandırdı.
Əsas məsələ onların təmənnasız xidməti
idi. Axı burada yatan hər bir insan cavanlığı-
nı, ömrünün çox hissəsini sevdiyi peşəsinə
həsr edib. Zəhmətə qatlaşıb, öz peşələrində
şərəflə çalışıblar. Hər bir insan öz sahəsində
ucalıqlar fəth edib,yaşayıb, yaradıblar. On-
ların bu cür həssaslıqla müalicə olunmağa
tam haqları var. Dövlətimiz tərəfindən ya-
radılan bu xəstəxana hər birimizdə gözəl
hisslər oyadır. Bir daha şahidi olursan ki,
Əmək Veteranlarına Dövlət tərəfindən böyük
qayğı var.
Hörmətli redaksiya, qəzetiniz vasitəsilə
Xuraman xanıma, Səfər həkimə, göz həkimi
Xeyransa xanıma, diş həkimi Babaş həkimə,
baş tibb bacısı Dilşad xanıma və Sürəyya
xanıma təşəkkürümü bildirirəm. Sonda
çox arzu edərdim ki,
iş fəaliyyətlərini uğurla
başa vuran əmək vete-
ranlarına layiq olan yeni
üslubda bina tikilsin.
Bizim əmək veteranları
ordusu bu şərəfə layiq-
dir.
Dostları ilə paylaş: