- Zəhərlənmə əlamətləri
necədir?
- İlk növbədə bilmək lazım-
dır ki, qida zəhərlənməsi üçün
bəzi hallarda inkubasiya dövrü
bir neçə saat olur. Yəni səhər
bir süd məhsulu yeməklə siz
özünüzdə prodromal dövr hiss
edəcəksiniz. Prodromal dövr
dedikdə ümumi zəiflik, halsızlıq,
ürək bulanması, qusma, ishal
və bədən hərarətinin qalxması
nəzərdə tutulur.
- Zəhərlənmə müşahidə
olunarkən ilkin yardım kimi
nə etmək lazımdır?
- Birinci növbədə çalışmaq
lazımdır ki, mədə-bağırsaq yu-
yulması (çoxlu miqdarda sodalı
və ya marqanslı su içmək), ba-
ğırsağı təmizləyici imalə etmək,
əgər bu mümkün olmazsa, 10 kq
bədən çəkisinə 1 tablet olmaqla
kömür dərman vasitəsini əzib,
onu 1 stəkan suya qatıb içmək.
Məsələn, sizin çəkiniz 70 kiloq-
ramdırsa, 7 dərmanı əzib suda
içmək vacibdir. Bunu içməklə
toksinlərin qana keçməsinin,
zəhərlənmənin inkişafının qar-
şısı alınır. Lakin əgər artıq
zəhərlənmə inkişaf etmişsə, onu
ev şəraitində müalicə etmək
məsləhət deyil. Çünki çox pis
ağırlaşmalar baş verə bilər.
Təzyiq düşməsi, infeksion toksiki
şok keçirə bilər xəstə, başqa in-
sanlara xəstəlik yoluxa bilər və s.
Dostları ilə paylaş: |