Saatlarla televizor önündə oturmaq ürək xəstəliyi riskini artırır
Sertifikasiya imtahanlarından 5
mindən çox həkim uğurla keçib
H
əkimlərin 95,3 faizi etiraf
edib ki, xəstə vəziyyətdə
işləyəndə öz pasiyentlərini riskə
məruzə qoyurlar. Buna baxmaya-
raq, ötən il həkimlərin 83,1 faizi azı
1 dəfə işə xəstə vəziyyətdə gəlib.
530 tibb işçisi arasında aparılan
sorğunun nəticələri belədir. Sorğuda
iştirak edənlərin çoxu həmkarlarını
pis vəziyyətdə qoymamaq üçün
işə xəstə vəziyyətdə çıxmalı olub.
Digərləri isə pasiyentlərinə görə na-
rahat olublar və ya kollektivin qına-
ğından çəkiniblər.
Mikrobioloq Çarlz Qerba vur-
ğulayıb ki, hətta xəstəlik təzəcə
hiss olunanda belə işə gəlmək
təhlükəlidir. Çünki soyuqdəymə
əlamətləri hiss olunmağa başlayanda
xəstəlik daha yoluxucu olur. Üstəlik,
belə vəziyyətdə işləmək xəstəliyi
daha da ağırlaşdırır. Buna görə də
vaxtında müalicə olunmaq lazım-
dır. Bir neçə gün yorğan-döşəyə
düşməkdənsə, əvəzgün götürmək
daha məsləhətlidir.
Alimlər cəmi bir hospitalın işçiləri
arasında sorğu aparıblar. Bəlkə də
digər tibb müəssisələrində vəziyyət
başqa cürdür. Amma tədqiqatçıların
fikrincə, bu sahədə dəyişikliklər
pasiyentləri xəstəliklərdən, tibb
işçilərini isə peşə azarından xilas
edəcək.
Sorğunun nəticələri: tibb işçilərinin çoxu
işə xəstə vəziyyətdə gedir