ATU-da nadir və mürəkkəb şiş
əməliyyatı keçirilib
ATU-nun mətbuat xidməti
Y
ay
mövsümünün
başlaması
ilə
insanların istirahəti də aktuallaşır. Haqlı
olaraq yay fəslini həm də istirahət mövsümü
adlandırırlar. Gərgin zehni işdən, xüsusi
fiziki güc tələb edən əmək fəaliyyətindən
sonra mənalı istirahətə ciddi ehtiyac yaranır.
Orta və ali məktəblərdə tədris ilinin məhz
bu mövsümdə başa çatması da istirahət
məsələsinin aktuallığını xeyli artırır.
Xatırladaq ki, ölkəmizin ən nüfuzlu ali
məktəblərindən biri olan Azərbaycan
Tibb Universitetində də əməkdaşların
istirahəti daim diqqət mərkəzində saxla-
nır. Hər il oiduğu kimi bu il də istirahətin
hansı səviyyədə təşkil edildiyini öyrənmək
məqsədi ilə qəzetimizin əməkdaşı
Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent
Cahangir Qasımovla görüşüb.
Universitet əməkdaşlarının və tələbələrin
asudə vaxtlarının səmərəli təşkilinə kifayət
qədər vəsait ayrıldığını vurğulayan komitə
sədri hal-hazırda əsas diqqətin əməkdaşların
istirahətinə yönəldiyini deyib: “Bilirsiniz ki,
Nabran istirahət zonasında “Təbib” istirahət
düşərgəsi fəaliyyət göstərir. Yay dövründə
əməkdaşların istirahətindən söhbət gedəndə
ilk yada düşən də bu istirahət düşərgəsi olur.
İstirahət mərkəzində aprelin 1-dən aparılan
təmir-tikinti işləri iyunun 30-da tamamlanıb.
Belə ki, 10 otağın döşəməsi dəyişdirilib və bü-
tün otaqların daxili görkəmi, fasadı təzələnib.
Ən böyük problemimiz çarpayıların çatış-
maması idi. Hörmətli rektorumuz akademik
Əhliman Əmiraslanovun köməyi ilə istirahət
düşərgəsi üçün 80 çarpayı ayrıldı. Bundan
əlavə böyük ekranlı yeni televizor, 100 ədəd
döşəkağı, 50 dəst yastıq, 3 ədəd soyuducu və
kifayət qədər mətbəx avadanlıqları alınıb”.
“Təbib” istirahət düşərgəsində istirahətin
3 mərhələli olduğunu söyləyən C.Qasımov
1-ci mərhələnin iyulun 11-dən başlandığını,
3-cü mərhələnin isə avqustun 26-da sona
çatacağını bildirib: “Hər növbə 15 gündən
ibarətdir. Bir növbədə 45 ailə, yəni 180 nəfər,
ümumilikdə isə 135 ailə - 540 nəfər uni-
versitet əməkdaşı dincəlir və onlar gündə
3 dəfə keyfiyyətli yeməklə təmin olunurlar.
İstirahətçilərin asudə vaxtlarının təşkili üçün
düşərgədə idman avadanlıqları quraşdırılıb.
Xüsusilə uşaqların əylənməsi üçün hər cür
şərait yaradılıb. Gündə 2 dəfə dəniz gəzintisi
təşkil edilir, idman yarışları keçirilir və qaliblər
mükafatlandırılır. Onu da deyim ki, 15 günlük
istirahət əməkdaşlarımıza çox ucuz başa gəlir.
Bir nəfər hər gün üşün cəmi 2 manat 66 qəpik
ödəyir. Qalan məbləğ isə Həmkarlar İttifaqının
vəsaiti hesabına ödənir”.
C.Qasımov təkcə Nabranda deyil, res-
publikamızın müalicə əhəmiyyətli digər
istirahət mərkəzlərində dincəlmək üçün də
əməkdaşlarımıza 42 yol vərəqəsinin ve-
rildiyini deyib. Bildirib ki, bu mövsümdə
əməkdaşlarımız daha çox Nabrandakı “Xan
çinar”, Qaxdakı “Şəfa” istirahət mərkəzlərində,
Naftalanda, “Bilgəh” kardioloji, “Abşeron”
mədə-bağırsaq, “Qaranquş” uroloji və “Naf-
talan” sanatoriyalarında müalicə almağa və
dincəlməyə üstünlük veriblər.
Əməkdaşımızla
söhbətində
akademik
Əhliman Əmiraslanovun tapşırığı ilə tez-tez
Nabrana ezam olunduqlarını, istirahətçilərin
arzu və təkliflərini dinlədiklərini deyən
C.Qasımov gələcəkdə professor-müəllim
heyətinin, tibbi personalın istirahət şəraitinin
daha da yaxşılaşdırılması üçün mühüm ad-
dımlar atılacağanı vurğulayıb.
Dostları ilə paylaş: |