“hematologiya şÖBƏSİ respublika əHƏMİYYƏTLİ BİR ŞÖBƏYƏ ÇevriLƏCƏK” universitet şƏHƏRCİYİn dən reportaj


“Təbib” ƏMƏKDAŞLARIN İSTİRAHƏTİ



Yüklə 15,4 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix02.01.2022
ölçüsü15,4 Mb.
#1823
1   ...   21   22   23   24   25   26   27   28   29
“Təbib”

ƏMƏKDAŞLARIN İSTİRAHƏTİ 

DİQQƏT MƏRKƏZİNDƏDİR

u

 



    

İyulun 3-də Azərbaycan Tibb 

Universitetinin (ATU) Tədris 

Cərrahiyyə Klinikasının ağız və 

üz-çənə cərrahiyyəsi şöbəsinin hesabat 

konfransı keçirildi.

Toplantını açıq elan edən baş həkim Asiman 

Həsənov iştirakçılara klinikada baş verən son 

yeniliklər haqqında məlumatı çatdırdı. Onun ətraflı 

çıxışından sonra klinikanın şöbə müdirləri həftəlik 

qısa hesabatları səsləndirdilər.

   Konfransın elmi hissəsində üz-çənə 

cərrahiyyəsi üzrə mütəxəssis Məhəmməd Davudov 

“Baş-boyun nahiyəsi rekonstruktiv cərrahiyyəsində 

müxtəlif növ dilimlərin istifadəsinə yanaşma” möv-

zusunda geniş mühazirə ilə çıxış etdi.

   Məhəmməd Davudov ATU-nun Tədris 

Cərrahiyyə Klinikasında üz-çənə, eləcə də baş-

boyun nahiyəsinin müxtəlif patologiyalarının 

diaqnostikası və müalicəsinin aparıldığını bildirdi. 

Mütəxəssisin sözlərinə görə, Klinikada aparı-

lan elmi və praktik fəaliyyətin əsasını onkoloji 

xəstəliklər, o cümlədən xoşxassəli və bədxassəli 

törəmələr, iltihabi xəstəliklər təşkil edir.

“Son zamanlar bizim şöbədə plastik rekonstruk-

tiv cərrahı ilə birgə briqada şəklində sərbəst ayaq 

damarcıqları (free flap) ilə əməliyyatlar icra edirik. 

Bu sahədə fəaliyyətimizi davam etdirir və daha da 

genişləndirməyi düşünürük”.

Qeyd edək ki, Məhəmməd Davudov 2001-ci ildə 

ATU-nun Stomatologiya fakültəsini bitirib, 2001-

2002-ci illərdə 1 saylı şəhər klinik xəstəxanasının 

üz-çənə cərrahiyyəsində internatura keçib. 2002-

ci ildən ATU-nun ağız və üz-çənə cərrahiyyəsi 

kafedrasında baş laborant işləyib, 2008-ci ildə tibb 

elmləri namizədi alimlik dərəcəsi üzrə müdafiə 

edib.


   M.Davudov 2010-cu ildə Tehran Tibb Elmləri 

Universiteti onkoloji institutunda 1 il ərzində baş-

boyun cərrahiyyəsi şöbəsində followship proqramı-

nı keçib. 2011-ci ildən ATU-nun Tədris Cərrahiyyə 

klinikasının ağız və üz-çənə cərrahiyyə şöbəsinin 

müdiri vəzifəsində çalışır.




Yüklə 15,4 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin