“Əcnəbi tələbələr arasında özümüzə
dostlar da tapdım”
Tələbələrdən Kənan Quliyev də Avropa oyun-
larında könüllü qismində iştirakını həyatının
əlamətdar hadisəsi hesab edir: “Bacardığımız
qədər xarici qonaqlara, oyunları izləməyə gələn
yerli əhaliyə ilk tibbi yardım göstərdik. Hətta
yüksək xidmətlərimizə görə əcnəbi jurnalistlər
şəkillərimizi çəkdilər ki, təmsil olunduqları media
qurumlarında işıqlandırsınlar. Yüksək səviyyədə
iştirakımız Rumıniyanın, Fransanın mətbu or-
qanlarında işıqlandırıldı. Biz könüllü iştirak
edən əcnəbi tələbələr arasında da dostlar tapa
bildik. Onlarla etdiyimiz söhbətlər maraqlı oldu.
Razılaşdıq ki, onlar ölkələrinə geri dönəndən
sonra da internet vasitəsi ilə əlaqə saxlayaq.
Əcnəbi tələbələr ölkəmiz və bizim onlara qarşı
göstərdiyimiz münasibətlə bağlı xoş təəssüratla
ayrıldılar” –deyən K.Quliyev hələ də o günlərin
xoş xatirələrinin təsiri altında olduğunu bildirdi.
Dostları ilə paylaş: |