10 iyul 2015-ci il
http://www.amu.edu.az
7
C.Alıyev 1938 - ci ildə Ermənistan
SSR-nin Basarkeçər rayonunun Qa-
raiman kəndində anadan olmuşdur.
O, 1966-cı ildə Tacikistan Dövlət
Tibb İnstitutunun müalicə işləri
fakültəsini bitirib. 1965-1969-cu
illərdə Tacikistanda həkim-travma-
toloq kimi fəaliyyətə başlayıb.
C.Alıyev 1969-cu ildə Azərbay-
cana gələrək N.Nərimanov adına
Azərbaycan Tibb İnstitutunun (indi-
ki ATU) anatomiya kafedrasında baş
laborant, assistent və baş müəllim
vəzifəsində işləmişdir. 1980-ci ildən
isə operativ cərrahlıq və topoq-
rafik anatomiya kafedrasına baş
müəllim vəzifəsinə keçirilmişdir və
1994-cü ildən bu vaxta qədər ka-
fedrada dosent vəzifəsində çalış-
mışdır. O, işlədiyi müddət ərzində
özünü nümunəvi, nizam-intizamlı
əməkdaş, layiqli insan, səriştəli pe-
daqoq kimi göstərmişdir. Cümşüd
müəllim vətənpərvər və humanist
insan olmaqla yanaşı, həm də ba-
carıqlı təşkilatçı və ictimaiyyətçidir.
Onun bu xüsusiyyətləri gənc kadr-
ların təlim-tərbiyəsində və səriştəli
mütəxəssis kimi yetişmələrində mü-
hüm rol oynamışdır.
C.Alıyev 2000-ci ildən YAP-ın
üzvü idi.
Mərhum C.Alıyevin indiyədək 32
elmi işi çap olunub ki, onlardan
28-i elmi məqalə, 4-ü isə operativ
cərrahlıq və topoqrafik anatomiyaya
aid dərs vəsaitləridir.
Gözəl insan, bacarıqlı pedaqoq və
dəyərili alim olan Cümşüd müəllimin
əziz xatirəsi doğma kollektivin və
onu tanıyanların qəlbində daim ya-
şayacaqdır!
Allah rəhmət eləsin, qəbri nurla
dolsun!!
Operativ cərrahlıq və topoqrafik
anatomiya kafedrasının
əməkdaşları
Dostları ilə paylaş: