Hazırladı: M.ƏLƏKBƏRLİ
Müasir tibbi biliklərin bir hissəsi olan patobiokimyanın məqsəd və
vəzifələri patoloji proseslərin inkişafının molekulyar mexanizmlərini aşkar
etməkdən ibarət olub, xəstəliklərin diaqnozu, profilaktikası və müalicəsi
sahəsində elmi tərəqqiyə malikdir.
Təqdim edilən bu vəsaitdə patobiokimya sahəsində əldə olunan həzm
traktının müəyyən xəstəliklərin patoloji formaları barədə nəzəri biliklər
öz əksini tapmışdır. Qidalanma, həzm və sorulma proseslərinin pato-
logiyası, bağırsağın fermentativ funksiyasının pozğunluqları vəsaitdə
geniş işıqlandırılmışdır. Həmçinin burada vitaminlərin, zülal, karbohidrat,
lipidlərin mübadilə pozğunluqları, eləcə də qidalanma, həzm və sorulma
proseslərinin neyroendokrin tənzimi də diqqətdən kənarda qalmamışdır.
Dərs vəsaitində həzm traktının patologiyasının biokimyəvi və laborator diaqnostikanın müasir üsulları
haqda ətraflı məlumat verilmişdir.
Kitab əsasən Tibb Universitetinin tələbələri və həkimlər üçün nəzərdə tutulmuşdur.
Kitab Azərbaycan Tibb Universitetinin və digər ali məktəblərin tibb
fakültəsinin tələbələri üçün nəzrdə tutulmuş “İnsan biokimyasının əsasları”
(IV cild, 2- ci nəşri) dərsliyinin davamıdır. Buraya tibbi biokimyanın
tədris proqramına daxil olan və yuxarıda adı çəkilən dərslikdə öz əksini
tapmayan bir sıra məsələlər daxil edilmişdir. Kitabda müxtəlif orqan və
toxumaların, o cümlədən qanın, qaraciyərin, böyrəklərin, sinir və əzələ
sistemlərinin biokimyəvi tərkibi və funksional biokimyası haqqında tədris
proqramının tələbatına müvafiq şəkildə izah edilir. Kitabdan tibb təhsili
alan tələbələrdən əlavə, ali məktəblərin biologiya fakültələrinin tələbələri,
elmi işçilər, həkimlər və bu sahə ilə maraqlanan geniş oxucu kütləsi istifadə edə bilər.
Hər üç kitab Azərbaycan Tibb Universiteti-
nin tədris proqramı əsasında yazılmışdır. Ki-
tablarda “Bioloji kimya” elminin inkişaf tarixi və
statik bioloji kimya (orqanizmin kimyəvi tərkibi,
zülalların, karbohidratların, lipidlərin kimyası)
haqqında məlumat verilir, tədris proqramına
uyğun olaraq, əsasən insan toxumalarının
tərkibində rast gəlinən bioüzvi maddələrin
kimyəvi xassələri və bioloji əhəmiyyəti şərh
edilir. Bundan əlavə kitaba “Hüceyrə struk-
turunun biokimyəvi xüsusiyyətləri”, “Bioloji
membranların strukturu və funksiyaları”
bəhsləri daxil edilmiş və burada maddələr
mübadiləsinin ümumi qanunauyğunluqları,
rasional qidalanmanın biokimyəvi əsasları
və bioenergetikanın əsas mərhələləri haqqında məlumat verilmiş, katabo-
lizm prosesinin ümumi yolları şərh edilmişdir. Kitabın III nəşrində əvvəlki
nəşrlərdə nəzərə çarpan texniki qüsurlar aradan qaldırılmş və mətn yenidən
redaktə edilmişdir. Bundan əlavə oxucuların dərslikdən istifadə etməsinə
kömək məqsədilə kitaba terminlərin əlifba göstəricisi daxil edilmişdir.
Kitablarda mübadilə pozuntularına geniş yayılmış növlərinin əmələgəlmə
mexanizmi haqqında məlumatlar toplanmışdır. Eyni zamanda bioloji aktiv
maddələrin orqanizmdə baş verən fizioloji proseslərə təsiri və onların
mübadiləsinin pozulması zamanı törənən patoloji proseslər haqqında
məlumatlar verilmişdir.
Hər üç cilddən tibb universitetinin tələbələrindən əlavə digər ali
məktəblərin tələbələri və bu sahədə çalışan elmi işçilər də yararlana
bilərlər.
Kitabda müxtəlif patoloji proseslər zama-
nı baş verən biokimyəvi dəyişikliklər, eləcə
də bu dəyişikliklərin xəstəliklərin əsas klinik
əlamətlərinin inkişafındakı rolu, öz əksini
tapmışdır. Biokimyəvi dəyişikliklərə mole-
kul, subhüceyrə, hüceyrə, toxuma, orqan və
bütövlükdə orqanizm səviyyəsində yanaşıl-
mışdır.
İki hissədən ibarət olan kitabın birinci
hissəsində hüceyrənin kimyəvi xüsusiyyətləri,
onun ayrı- ayrı morfoloji komponentlərinin
hüceyrə metabolizmindəki roluna da toxu-
nulmuşdur. Kitabın bu hissəsində həmçinin,
orqan və toxumalar səviyyəsində baş verən
biokimyəvi dəyişikliklərə münasibət bildirilmiş
və bu dəyişikliklərlə spesfik funksiyaların
pozulmaları arasındakı əlaqələr araşdırılmışdır.
Dərsliyin ikinci hissəsində əsas diqqət ayrı- ayrı patoloji proseslərin
(iltihab, ateroskleroz, alkoholizm və s) biokimyəvi xüsusiyyətlərinə
yönəldilmişdir. Müxtəlif patoloji proseslərin inkişafında ekzogen və endo-
zen amillərin rolunun ətraflı izahına yer verilmişdir.
Kitab ali tibb ocaqlarının yuxarı kurs tələbələri həmçinin, həkim- klinist
və həkim- biokimyaçılar üçün nəzərdə tutulmuşdur.
Klinik biokimya bioloji kimyanın bir bölməsi olub, insan orqanizmində
patoloji vəziyyətlərdə biokimyəvi proseslərin dəyişikliklərini öyrənməklə
yanaşı, xəstəliklərin proqnoz və diaqnozunu dəqiqləşdirmək məqsədilə
bu dəyişiklikləri təyin etməyə imkan verən üsulları öyrənən bir elmdir.
Məhdud həcmdə yazıldığını nəzərə alaraq, bu kitab qanın klinik biokim-
yasının bəzi aspektlərinə həsr olunmuşdur. Burada qanın biokimyəvi
göstəricilərini, bir sıra xəstəliklərini proqnozlaşdırma və diaqnostik
dəyərləri qiymətləndirilməsini əhatə edən elmi axtarışlara toxunulmuş-
dur. Kitabda əsas dörd fəsldən-“ Qanın kimyəvi tərkibi”, ”Qanın təsnəffüs
funksiyası”,”Turşu qələvi müvazinəti”, və “ Qanın laxtalanma sistemi” möv-
zularından bəhs edilir. Bu fəsillərdə patoloji proseslərdə biokimyəvi, eləcə
də əsas klinik təzahürlərin inkişafında göstərilən dəyişikliklərin rolu mümkün qədər işıqlandırılmışdır.
Kitab təkcə tələbələr deyil, həkim- klinistlər, həkim- biokimyaçılar və eləcə də həkimlər üçün də ma-
raqlıdır.
Dostları ilə paylaş: |