Alıyev Cümşüd İsbi oglu
Universitetin operativ
cərrahlıq və topoqrafik
anatomiya kafedrasına ağır
itki üz vermişdir. Kafedranın
dosenti, tibb elmləri
namizədi Alıyev Cümşüd İsbi
oglu ömrünün 77- ci ilində
dünyasını dəyişmişdir.
u Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının
Ağız-üz və çənə cərrahiyyəsi şöbəsinin müdiri tibb elmləri namizədi, Dr.
Məhəmməd Davudov növbəti uğurlu əməliyyatına imza atıb. Əməliyyat
nəticəsində xəstə karotid xemodektomalardan azad edilib.
Əməliyyat haqqında məlumat verən Məhəmməd Davudov qeyd edib ki,
karotid hemodektomalar (paraqanqliomalar) - karotid cismində yerləşən
hemoreseptorlardan inkişaf edən şişlər olub, baş-boyun nahiyəsinin na-
dir rast gəlinən mürəkkəb patologiyalarından biridir. Bu tip şişlər haqqın-
da məlumatın az olması əksər hallarda kliniki diaqnozun düzgün qoyul-
maması ilə nəticələnir. Hazırda karotid hemodektomaların müalicəsində
əsasən cərrahiyyə əməliyyatından istifadə olunur.
Xəstə boynun sol tərəfində şişkinlik, baş ağrıları və baş gicəllənmə,
udqunmanın və tənəffüsün çətinləşməsi şikayətləri ilə ATU-nun Tədris
Cərrahiyyə Klinikasına müraciət edib. 35 yaşlı xəstədə beş il əvvəl boy-
nun sol tərəfində kiçik ölçülü pulsasiya edən törəmə olub. Aparılan 3 D
rekonstruksiyalı KT müayinəsi göstərib ki, şiş həm daxili, həm də xarici
yuxu arteriyasını əhatə edir.
“Xəstənin qardaşında da beş il əvvəl eyni xəstəlik qeydə alınıb, lakin
onda şişin ölçüsü daha böyük olub. O, xarici ölkə klinikasında əməliyyat
olunub, lakin əməliyyatın üçüncü günündə qanaxma və beyin qan döv-
ranının kəskin çatışmazlığı səbəbindən dünyasını dəyişib. Bu da hema-
dektomaların irsi xəstəlik olmasına dair mülahizələri sübut edir. Belə
hallara ümumiyyətlə dünya təcrübəsində az rast gəlinir. Bu ailə faciəsi
xəstəmizi beş il gözləməyə vadar edib. Nəticədə şiş böyüyərək xəstənin
həyatına təhlükə yaradıb. Biz klinikamızda xəstəni hərtərəfli müayinə et-
dik, 3D rekonstruksiyalı KT və kontrast KT müayinələri apardıq, nəticədə
cərrahiyyə əməliyyatına qərar verdik. Əməliyyat uğurla icra olundu.
Şiş toxuması tam şəkildə çıxarıldı. Xəstə üç gün müddətində stasionar
müalicədən sonra fəsadsız evə yazıldı”,- deyə Məhəmməd Davudov bil-
dirib.
Dostları ilə paylaş: |