“Yarışın bitməsinə təəssüfləndim...”
Pediatriya fakültəsinin V kurs tələbəsi Fəridə
Məmmədli iştirakı zamanı öncə çox həyəcanlı
olduğunu bildirdi. Maraqlı günlərin bir-birini
əvəz etməsi həyacanını tamamilə aradan qal-
dırdığını qeyd etdi: “ İlk dəfə idi belə bir tədbirdə
iştirak edirdim. Təcrübə baxımından da mənim
üçün çox yaxşı oldu. Xeyli təcrübə topladım. 18
gündə 20-ə yaxın müraciət edənlərə tibbi yardım
göstərilməsində iştirak etdim. Mənim üçün o qədər
maraqlı oldu ki, oyunlar bitəndə təəssüflədim də... “
I müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi
Leylan Məmmədova da bu tədbirə yüksək əhval-
ruhiyyə ilə qatılıb. Hesab edir ki, Heydər Əliyev adı-
na arenada iştirakçılara yarışın sonunadək lazımi
tibbi yardımın göstərilməsində iştirak edib: “ Mən
də özümə dostlar tapdım. Tibbi yardıma ehtiyacı
olan hər kəsə yardım göstərdik. Bizdən olduqca
razı qaldılar. Maraqlı günlərimiz oldu. Belə yarışla-
rın ölkəmizdə tez-tez keçirilməsinin arzusundayam”
Gözəl arzudur. Elə biz də siz könüllülərin arzusuna
qoşuluruq, Leylan xanım. İstəyirik ki, ölkəmizdə
tez-tez bu cür beynəlxalq əhəmiyyətli idman yarış-
ları keçirilsin və idmançılarımız güclərini bu oyun-
da sınadıqları kimi yenidən sınasınlar.
QABİL
Stomatologiya fakültəsinin IV kurs, 763
b
qrup tələbəsi Əliyev Vüqar
Akif oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Dostları ilə paylaş: |