-
Əsasən
zəhərlənmə
halları nədən olur?
- Əsas zəhərlənmə səbəbləri
qida məhsullarının düzgün sax-
lanılmamasıdır. Soyuq zəncirin
pozulması, istehsal tarixi öt-
müş malların qəbulu, dondur-
ma, müəyyən ət məhsulları,
məsələn, dönər kimi qidaların
yay zamanı saxlanılma müddəti
çox az olur və 2-3 saat düz-
gün şəraitdə saxlanılmaması
qida zəhərlənməsinə yol açır.
Eyni zamanda, belə “qarpız”
zəhərlənməsi yay aylarında
çox aktuallıq kəsb edir. İnsan-
lar qarpızdan zəhərləndiklərini
düşünürlər. Əksinə, bu halla-
rın 99%-i qarpızdan və ya qar-
pızın tərkibindəki nitratlardan,
başqa kimyəvi maddələrdən
zəhərlənmə deyil. Sadə bir qida
zəhərlənməsidir. Biz bilirik ki,
qarpız ağacda yox, torpaqda bitir
və satışa veriləndə açıq yerlərdə
saxlanılır, çox zaman evdə də
onu yumadan birbaşa kəsirlər.
Bu zaman onun tərkibində olan
şirin möhdəviyyətə mikroblar
düşür. Bir neçə saatdan son-
ra həmin mikroblar, patogenlər
orada inkişaf edir. Beləliklə, qar-
pızı yedikdən sonra zəhərlənmə
əlamətləri başlayır (ürək bulan-
ma, qusma, hərarət və s.). İn-
sanlar belə hallarda qarpızdan
zəhərləndiyini düşünür. Lakin bu
qida toksikoinfeksiyasıdır.
Dostları ilə paylaş: |