Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə180/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   176   177   178   179   180   181   182   183   ...   229
Ankara  (ilkin adı Ankira, Anqora) Anadolu yaylasında, An-
kara və Cubuq çaylarının qovuşduğu yerdədir.  Şəhər e.ə.VII 
                                      
*
 Kürdlərin bir hissəsi  İran,  İraq, Suriya və digər ölkələrdə yaşayır 
onların sayının 15-16 mln. olduğu ehtimalı vardır. 
 
240
yüzillikdə Finikiya padşahı Midas tərəfindən salınmışdır. 1073-cü 
ildə türklər tərəfindən zəbt edilmişdir. 1354-cü ildə Osmanlı imperi-
yasına qatılmışdır. 1923-cü ildən Türkiyə Respublikasının paytaxtı-
dır. Respublika illərində şəhər sürətlə böyümüş, əhalisi artmışdır.  
Tarixi tikililərlə yanaşı 1958-ci ildə Kamal Atatürkün dəfn 
edildiyi muzey – mavzoley kompleksi qiymətli abidədir. Mühüm 
nəqiliyyat düyünüdür. Şəhərdə elektrotexnika, aviasiya, maşınqa-
yırma, toxuculuq, dəri və yeyinti sənayesi inkişaf etmişdir. 
 İstanbul (yunanlar Bizans, romalılar Konstantinopol, ruslar 
Çarqrad, türklər  İstanbul adlandırmışlar) e.ə. 660-cı ildə Bizans im-
periyasının yunan yaşayış məskəni kimi salınmışdır. E.ə. 330-cu ildə 
Roma imperatoru Konstantinin şərəfinə Konstantinopol ad-
landırılmışdır. 330-395-ci illərdə Roma imperiyası-nın, 395-1453-cü 
illərdə isə Bizansın paytaxtı olmuşdur. 1453-cü ildə  şəhər türklər 
tərəfindən tutulmuş 1918-ci ilə  qədər Osmanlı imperiyasının, sonra 
isə 1923-cü ilin oktyabrınadək Türkiyə Respublikasının paytaxtı ol-
muşdur. 
İstanbul Bosfor boğazının hər iki sahilində, iki qitədə yerləşir. 
Şəhərdə Bizans, Roma və Osmanlı dövrünün tikililəri tarixi-
memarlıq abidələri kimi qorunub saxlanılır. 
İstanbul Türkiyənin mühüm sənaye və ticarət-maliyyə  mər-
kəzidir. Ölkədə istehsal olunan sənaye məhsullarının 1/4-ü onun pay-
ına düşür. Beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağıdır. 
Dünyanın gözəl  şəhərlərindən olan İstanbulun sürətlə böyü-
məsi sosial və ekoloji problemlərin meydana gəlməsinə  səbəb ol-
muşdur. Bu problemləri aradan qaldırmaq məqsədilə Türkiyə 
höküməti kompleks infrastruktur tikililərin inşasına xüsusi diqqət 
yetirir. 
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin