Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Əhalinin yaş qrupları (faizlə)



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə179/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   175   176   177   178   179   180   181   182   ...   229
Əhalinin yaş qrupları (faizlə) 
İllər  
Yaş qrupu  
1970 1980 1995 2005 
0 – 14  
41.15 
37.8 
33 
29.5 
15 – 64  
54.45 
57.65 
63 
65.1 
65 və yuxarı  4.4 4.55 4 5.4 
Cəmi: 100 
100 
100 
100 
 
Əmək qabiliyyətli  əhalinin 33 faizi qadınlardır.  Əmək qa-
biliyyətli  əhalinin artması digər problemin – işsizliyin meydana 
gəlməsinə səbəb olmuşdur.  
Ölkə  əhalisinin məşğuliyyət strukturundakı  dəyişikliklər 
göstərir ki, ötən  əsrin 70-ci illərindən başlıyaraq aqrar bölgədə  iş-
ləyənlərin sayı azalmışdır. Lakin aqrar bölmədən uzaqlaşanların heç 


 
239 
də hamısı digər sahələrdə işlə təmin olunmur. 1979-cu ildə ölkədə 2,3 
mln. işsiz qeydə alınmışsa, 2005-ci ildə bu rəqəm 6 mln.-u ötmüşdür. 
Dövlətin işsizliyə qarşı mübarizə siyasətinin  ən mühüm 
istiqamətlərindən biri əmək ehtiyatlarının xarici dövlətlərə göndə-
rilməsi təşkil edir. XX əsrin 70-ci illərinədək türk vətəndaşları əsasən 
Qərbi Avropaya (AFR) göndərilirdi. Lakin Qərbi Avropada iqtisadi 
və struktur böhranlarla əlaqədar Türkiyə fəhlə qüvvəsi Yaxın və Orta 
Şərqin neft çıxaran ölkələrinə istiqamətləndirilir. 80-ci illərin orta-
larında bu region da immiqrant işçilərin sayını azaldır. Əhalinin 2,5 
mln.-dan çoxu xarici ölkələrdə ( AFR, Avropa İttifaqının digər 
ölkələri, Yaxın Şərq dövlətləri, Azərbaycan) çalışır. 
Ölkə əhalisinin 87 faizi türklərdir. 1923-cü ildəki Lozanna sülh 
müqaviləsinə görə Türkiyə qonşu dövlətlərin bir neçəsilə  əhalinin 
dəyişməsi haqda müqavilə imzalamışdır. Bununla belə, kiçik türk 
qrupları hazırda da xarici ölkələrdə yaşayır. Türklər arasında kiçik 
etnik qrup – yüryük və təxtaclar vardır ki, bunlar Anadolunun cənub-
şərq və qərbində yayılmışlar. 
Ölkədə türklərdən sonra ikinci böyük xalq kürdlərdir
*
 (8 mln. 
nəfər). Ölkənin  şərqindəki on əyalətin  əhalisinin  əksəriyyəti 
kürdlərdir. Digər xalqlardan ərəblər (1 mln. nəfər) cənub-şərq  əya-
lətlərində əsasən Xatayda yaşayırlar. Qara dəniz sahilləri və Anado-
luda yaşayan çərkəzlər, lazlar, acarlar türklərlə qaynayıb qarışmışlar. 
Türkiyədə islam dininin sunni təriqətinə etiqad edilir. 
Türkiyə urbanizasiya səviyyəsinin yüksək olduğu ölkələrdəndir. 
Ölkədə  şəhər  əhalisi 80 il ərzində (1927-2007) artaraq 50 mln nəfərə 
çatmışdır. Ölkə əhalisinin 72 faizi şəhərlərdə yaşayır. Əhalisinin sayı 
1 mln.-dan artıq olan şəhərləri – İstanbul,  İzmir,  Ədənə, Ankara, 
Bursa, Antalyadır. Urbanizasiya prosesi ölkənin qərb rayonlarında 
sürətli getmişdir. Bu proses mərkəzi və  şərqi Anadolunun bir sıra 
şəhərlərini də əhatə etmişdir. Qədim şəhərlərlə yanaşı yeni sənaye və 
inzibati mərkəzlər yaranmışdır. Ölkə əhalisinin 25 faiz əhalinin sayı 
500-750 min nəfər olan şəhərlərdə yaşayır. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin