Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə187/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   183   184   185   186   187   188   189   190   ...   229
İqlimi və hidroqrafiyası. Ürdün ərazicə kiçik dövlət olsa da
relyefinin müxtəlifliyi, həmçinin ölkənin yerləşdiyi coğrafi enlik 
burada yayı isti və quru, qışı yumşaq və nisbətən rütubətli keçən 
subtropik iqlimin formalaşmasına səbəb olmuşdur.  İlin təqribən 6-7 
ayında havalar çox isti və quru olur. Bəzi aylarda heç bir damla da 
yağış yağmır. Yağıntılara yalnız oktyabrdan-aprelə  qədər təsadüf 
edilir. Orta illik yağıntının miqdarı ərazinin şimal-qərbində 400-500 
mm, şərqində isə 100-120 mm-dir. 
 
248
Ölkənin müxtəlif rayonlarındakı iqlim şəraiti relyefin müx-
təlifliyi ilə izah olunur. Bu səbəbdən  şərq bölgədə havanın orta 
temperaturu yanvarda 7-9 dərəcə C (İordan çayının sahillərində 15-
16 dərəcə C), iyulda 28-38 dərəcə C (Qhor vadisində 48-50 dərəcə C) 
arasında dəyişir. Ölkənin  şərqindəki səhra zonasında bu iqlim 
göstəricilərinin kəmiyyəti bir qədər yüksək olur. Yəni sutkalıq və 
aylıq amplituda artdığından iqlim sərtləşir. 
Ölkənin bütün ərazisi üçün yay mövsümündə qeyri-müntəzəm 
və daima əsən qərb küləkləri səciyyəvidir. Ərəbistan yarımadasındakı 
səhralardan  əraziyə «Sirokko» adlanan qızmar külək  əsir. Sirokko 
otları,  əkinləri yandırır məhv edir, qum fırtınaları yaradır. Bu 
səbəbdən də ölkədə bitki örtüyü çox kasıbdır. Yalnız səth axınları 
olan yerlərdə xurma və zeytun plantasiyaları salınmışdır. Ölkədə 
həqiqi mənada su mənbəyi olan cəmi bir çay var. Bu, daimi axara 
malik olan İordan çayıdır. Bundan əlavə vadilər, quru dərələr, 
payızda yağışlar mövsümü zamanı sulu olurlar. Bu yağış sularını 
toplayıb suvarmada istifadə etmək ötrü ölkədə bəndlər tikilmişdir. 
İordan çayı ölkədə daimi axarlı su arteriyasıdır. Çayın ümumi 
uzunluğu 252 km-dir. Mənbəyini Hərmun dağ massivindəki Cəbəl-
əş-Şeyl silsiləsindən götürən çay Qhor cökəkliyi ilə axaraq Huma və 
Təbəriyyə göllərindən keçib Ölü dənizə tökülür. Çay öz axarı 
boyunca çoxlu astanalar əmələ  gətirmişdir. Bu çay üzərində su 
elektrik stansiyası da tikilmişdir. Maraqlı  cəhətlərdən biri də budur 
ki, xristianların və müsəlmanların müqəddəs yazılarında İordan çayı 
haqqında çoxlu əfsanələr, rəvayətlər mövcuddur. Xristianların 
müqəddəs yazılarında göstərilir ki, İsa Peyğəmbər (İisus Xristos) 
İordan çayında xaç suyuna salınmış, yəni xristianlığı qəbul etmişdir. 
Ürdünü məşhurlaşdıran təkcə  təbiətindəki müxtəliflik deyil, 
həm də milyon illərlə burada qərar tutan Ölü dənizdir.  İordan çayı, 
səthə çıxan bulaqlar və digər kiçik axarlar həyat mənbəyi, yaşıllıqlara 
təkan verən amil olduğu halda, ölkədəki nadir su hovuzu olan Ölü 
dəniz hər şeyi məhv edib duza döndərir. 
Ölü dəniz Cənub-Qərbi Asiyanın axarsız göllərindən biridir. 
Mənası öz adını ifadə edir. Cünki bəzi bakteriyalar istisna olmaqla 
onun suyunda heç bir canlı varlıq yaşaya bilməz. Ölü dənizdəki duz 
məhlullarının qalıqları dünya okeanı suyundan 7,5 dəfə artıqdır. 
Suyun səthində uzanan adamlar duzun xışıltısını eşidir. Ölü dənizdə 
suyun orta duzluluğu 260-270 promilldir. İordan çayındakı 


 
249 
balıqlardan təsadüfi üzüb gölə  gələnlər dərhal ölür və duzun 
içərisində daş kimi bərkiyir. Dənizin sahəsi 1050 kv. km
 
, uzunluğu 
76 km, maksimum dərinliyi 356 metrdir. 
Ürdünlülər Ölü dənizi müqəddəs sayır və onun haqqında çoxlu 
əfsanələr söyləyirlər. Arxeoloqlar 1955-ci ildə Ölü dənizin 
yaxınlığında aşkar etdikləri mağaradan dulusçuluq əşyaları  və 
məişətdə  işlədilən digər  əşyalar tapmışlar. 1960-cı ildə  dənizdə 
tədqiqat aparan arxeoloji ekspedisiyanın mütəxəssisləri 70 metr 
dərinlikdə qədim zamanlarda yoxa çıxan iki qədim şəhərin – Sadoma 
və Qomorra şəhərlərinin xarabalıqlarını  və eni təqribən 4 metr olan 
yol aşkar etdilər. Mənbələrdən görüldüyü kimi 3-4 min əvvəl Ölü 
dənizin səviyyəsinin ən aşağı düşdüyü vaxtlarda romalılar burada yol 
çəkmişlər. 
Dənizin suyundakı duz adamların dərisindəki yara-xoranı 
sürətlə azaltmaq xassəsinə malikdir. Əfsanəyə görə  İbrahim 
peyğəmbərin Lut adlı  nəvəsini Sadoma və Qomorra dağılarkən 
mələklər ölümdən xilas edib, o burada sığınacaq tapıb. Hətta indinin 
özündə də aydın və sakit havada ən yüksək təpədən baxanda dənizin 
dibində həmin şəhərlərin xarabalıqlarını görmək olar. 
Ürdündə iri su mənbələri, göllər olduqca azdır. Nisbətən iri və 
sulu gölü Əl-Əzraqdır. Bu gölün suyu borular vasitəsilə ölkədə içməli 
suyun çatışmadığı onlarca yaşayış  məntəqəsini təmin etməyə imkan 
verir. Bu gölün yerləşdiyi bölgə milli park elan edilmişdir. Bu 
bölgədə məskunlaşan fauna və flora aləmi dövlət tərəfindən qorunur. 
Ölkə ərazisində isti su mənbələri də mövcuddur. Zərqameyn qaynar 
bulağı bu qəbildəndir.  Əfsanəyə görə vaxtilə burada çar Böyük 
İrodun hamamı yerləşərmiş. Bu qaynar bulaq eyni zamanda böyük 
müalicə ocağıdır. Turistlər bu ekzotik İrod hamamında özlərini buğa 
vermək və müalicə olmaq fürsətini  əldən vermirlər. Lakin turistləri 
qorumaq üçün polislər növbə  çəkirlər. Çünki özlərinin  ənənələrinə 
sadiq qalan bədəvilər əksər hallarda alt paltarında çimirlər. Buna görə 
də paltarını tam soyunub lüt çimən avropalıları daşa basır, təhqir 
edirlər. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin