Xarici ticarət. Xarici ticarət sahəsində bazar iqtisadiyyatı pro-
qramının həyata kecirilməsində daha böyük irəliləyişlər olmuşdur.
1980–95-ci illərdə ixracat dəyər qiymətləri ilə 2,2 mlrd.-dan 21,6
mlrd. dollaradək yüksəlmişdir (10 dəfə). İdxalatın artım sürəti aşağı
olmuşdur: bu dövr ərzində 4.8 mlrd.-dan 33,7 mlrd. dollara, yəni 7
dəfə yüksəlmişdir. Xarici ticarət dövriyyəsində defisit 5 dəfə artmış-
dır, bu kəskin problem hələ də həllini gözləyir.
İxracatın 80 faiz emal sənaye məhsulları (toxuculuq, tikiş
məmulatı – 27 faiz, qara metal – 12 faiz, meyvə və qoz 7 faiz, tütün –
4 faiz) təşkil edir. İdxalatda neft, sənaye xammalı, maşın və
avadanlıq üstünlük təşkil edir. Ticarət əlaqələri Avropa İttifaqı
ölkələri (ixracatın 60 faiz, idxalatın 50 faiz), regionun qonşu ölkələri
(20 faiz), ABŞ (7 faiz və 12 faiz), MDB (6 faiz və 9 faiz) ilədir. Ru-
siya-Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlığın yeni formaları
haqda müqavilə imzalanmışdır. Türkiyə-Azərbaycan əlaqələri
əhatəlidir. Bu əlaqələrdə iqtisadi əməkdaşlıq və ticarət, xüsusilə
əhəmiyyətlidir.
1994-cü ildə bağlanmış neft müqaviləsinə görə Xəzər nefti
Gürcüstandan keçərək Türkiyəyə çatdırılmışdır. «Bakı-Tiflis-Cey-
246
han» adlanan bu neft kəməri 2006-cı ilin iyulunda istifadəyə ver-
ilmişdir. Hazırda Xəzərin Azərbaycana aid hissəsindən çıxarılan neft
Aralıq dənizi sahilində yerləşən Ceyhan portundan tankerlərlə dünya
bazarlarına çıxarılır.
Türkiyənin təbii qaza olan və ildən-ilə artan tələbatını ödəmək
üçün Xəzərin Azərbaycana aid hissəsindən çıxarılan təbii qaz “Bakı-
Tbilis-Ərzurum“ təbii qaz magistral kəməri ilə Ərzurum şəhərinə
çatdırılması və oradan da başqa yerlərə nəql edilməsi planlaşdırılır.