Kənd təsərrüfatının aparıcı sahələri. Becərilən torpaqlarlın
çox hissəsi (90 faiz) xüsusi mülkiyyətə məxsusdur. Dövlət torpaq
fondu – meşələr, əkinə yararlı sahələr bir qayda olaraq kənd əhali-
sinin ümumi mülküdür və onların istifadəsindədir. Torpaqların bir
qismi vəqf (məscidlərin) xüsusi mülkiyyətidir. Aqrar münasibətlərdə
feodal qalıqlar – pay ayırmaqla muzdurluq, su torpaq haqqını
işləməklə ödəmə, borc asılılğı saxlanılır. Kəndlərdə siyasi mühiti
sabitləşdirmək və aztorpaqlıların üstünlük təşkil etdiyi rayonlarda
aqrar ziddiyyəti zəiflətmək məqsədilə 1984-cü ildə suvarılan tor-
paqlar haqda qanun qəbul edilmişdi.
Kənd təsərrüfatından gələn gəlirin 2/3 hissəsi bitkiçiliyin pay-
ına düşür. İkinci yer heyvandarlığa məxsusdur. Meşə və balıqçılığın
rolu zəifdir. Dənli bitkilər (əkin sahələrinin 82 faiz) xüsusilə
əhəmiyyətlidir. Əsasən buğda və arpa əkilir. Qarğıdalı, covdar,
vələmir, darı, cəltik becərilir. Texniki bitkilər əkin sahələrnin 12 faiz-
ini tutsa da əhəmiyyəti böyükdür (yerli sənayeni xammalla təmin
edir, bir qismi ixrac olunur). 1995-ci ildə ölkədə 20 mln.ton buğda,
8,0 mln.m arpa, 2,0 min ton pambıq, 500 min ton fındıq, 250 min ton
tütün yığılmışdır.
Əkinçilikdən fərqli olaraq heyvandarlıq (quşçuluq istisna ol-
maqla) ekstensiv əsaslarla heyvanların sayını artırmaqla inkişaf et-
dirilir. İribuynuzlu mal-qaranın sayı 20, xırdabuynuzlu 70, o
cümlədən qoyunların sayı 50 mln. başdır (1995).