Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə41/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   37   38   39   40   41   42   43   44   ...   229
İqtisadiyyat. Ümumdaxili məhsulun həcmi 2003-cü ildə 5,5 
mlrd. dollar (adam başına 1500 dollar) olmuşdur. Ödənişlər  İsrail 
şekeli, ABŞ dolları və Ürdün dinarı ilə aparılır. 
Fələstin iqtisadiyyatı  əsasən ölkə hüdudlarından kənardakı 
maliyyə mənbələrinə arxalanır: Ərəb ölkələrinin, Fələstin diasporasının 
və beynəlxalq təşkilatların 1998- ci ildə  əvəzsiz maliyyə yardımının 
həcmi təqribən 3,0 mlrd dollar olmuşdur. Bununla belə  işsizlik 
səviyyəsi 2003-cü ildə 60 faiz olmuşdur. Fələstin əhalisinin təqribən 30 
faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. 
Ölkənin Ümumdaxili məhsulunun 9 faizi kənd təsərrüfatının, 
28 faizi sənaye və tikintinin, 63 faizi isə xidmət sahələrinin payına 
düşür. Sənayedə aparıcı sahə geyim, ayaqqabı, dəri məmulatları, 
məişət ləvazimatı və ərzaq istehsalıdır. Bəzək inşaat daşları istehsalı 
ilə çox məşhurlaşmışdır. Belə daşlar xeyli sayda ölkələrə ixrac ol-
unur. 
Kənd təsərrüfatında  əsas çətinlik suvarma sularının çatış-
mazlığıdır. Bu səbəbdən Fələstin torpaqlarının ancaq dörddə biri 
becərilir. Sitrus bitkiləri, zeytun, tərəvəz, üzüm və bostançılıq 
məhsulları yetişdirilir. Heyvandarlıqda qoyunçuluq üstünlük təşkil 
edir. Liman və beynəlxalq dərəcəli təyyarə portu Qəzza sektorunda 
fəaliyyət göstərir. 
2003-cü ildə Muxtariyyətdən mal ixracının həcmi 700 mln dol-
lar (o cümlədən sənaye məhsulları 75 faiz, kənd təsərrüfat məhsulları 
25 faiz), idxal həcmi isə 2,0 mlrd dollardan artıq olmuşdur. İxracatın 
80 faizi İsrailə göndərilir. İdxalın 90 faizi də İsrailin payına düşür. 
 
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin