Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Səth quruluşu və faydalı qazıntıları



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə43/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   ...   229
Səth quruluşu və faydalı qazıntıları. Relyefinə görə  İraq, 
əsasən düzən ölkədir. Ərazisinin çox hissəsini Cənub-Qərbi Asiyada 
ən böyük ovalıq sayılan Mesopotamiya
*
 tutur. Ovalığın səthində 
çökəkliklər çox vaxt daşqın və yeraltı sularla dolur və müvəqqəti 
göllər əmələ gətirir. Cənuba doğru getdikcə ovalıq genişlənir və delta 
ilə qurtarır. Dəclə, Fərat çaylarının orta axarında yerləşən  ərazinin 
səthi dərə-təpəlikdir. Qərbdə bu ərazi Suriya ərazisinə daxil olur. İran 
körfəzinə tədricən enən Mesopotamiya ovalığı Bağdaddan bir qədər 
şimalda Babilistan ovalığı ilə  əvəz olunur. Ölkənin  şimal və  şimal-
şərq hissəsi çətin keçilən dağlıq, qərb hissəsi isə  səhra tipli relyefə 
malikdir. Fiziki-coğrafi xüsusiyyətlərinə görə İraqda dörd təbii rayon 
– Aşağı Mesopotamiya; Yuxarı Mesopotamiya; Şimali  İraq dağlıq 
bölgəsi və  Əl-Bədiyə adlanan səhra ayrılır.  İraqın  ən hündür yeri 
(3598 m) İranla həmsərhəd bölgələrdədir. 
 İraq təbii sərvətlər, ilk növbədə neft və  təbii qaz ilə  zəngin 
ölkələrdən biri hesab olunur. Neft yataqları əsas etibarilə ölkənin şi-
malında (Kərkük, Mosul, Xanəkin  şəhərlərinin yaxınlığında) və 
cənubunda (Bəsrə,  Əl-Rumeyla,  Əz-Zübeyr və s.) yerləşir. Kəşf ol-
unmuş neft ehtiyatlarına görə İraq dünyada qabaqcıl, Yaxın və Orta 
Şərq ölkələri içərisində isə  Səudiyyə  Ərəbistanı  və  İrandan sonra 
ikinci yeri tutur (əlavə 3). 
 Neftlə yanaşı ölkədə böyük ehtiyatı olan təbii qaz yataqları da 
mövcuddur.  Əhəmiyyətinə görə  İraqın ikinci qiymətli sərvəti 
kükürddür. Mütəxəssislərin hesablamalarına görə Yaxın və Orta-Şərq 
regionunda ehtiyatı  məlum olan kükürd yataqlarının təqribən 2/3 
hissəsi  İraqdadır.  Ən iri kükürd yatağıMişrak  ətrafındadır. Mosul 
ətrafında aşkar edilmiş kükürd yataqlarındakı filizin tərkibində 
                                      
*
 Mesopotamiya (yunanca mənası mərkəzində çay olan ərazi deməkdir) 
– ərəbcə isə beynənnəhreyn (iki çayın arasında) adlanır. 
 
74
kükürdün faizi 23-ə çatır. Bunlardan başqa  İraqda fosfat, daşduz, 
müxtəlif tikinti materialları yataqlarının da olması məlumdur. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin