Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə45/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   41   42   43   44   45   46   47   48   ...   229
Torpaq və bitki örtüyü.  İraqda müxtəlif torpaq növləri ya-
yılmışdır. Yuxarı Mesopotamiya torpaqlarının tərkibində humusun 
miqdarı çox, Aşağı Mesopotamiyada isə nisbətən azdır. Ovalıqda 
torpaqların  şoranlaşması yeraltı suların tərkibində duzun miqdarının 
çox olması  və  nəhayət küləklər vasitəsilə  səhralardan Mesopotami-
yaya gətirilən duzların yığılması nəticəsində baş verir. Suvarılan tor-
paqlarda şoranlaşma daha sürətlə gedir. 
İraqda təbii bitki örtüyü zəif inkişaf etmişdir.  Şimaldakı dağ-
ların yamaclarında təbii yem bazası sayılan Alp çəmənləri arasında 
tək-tük ağaclar bitir. Aşağı Mesopotamiyaya, əsasən Şətt-ül-Ərəb və 
Diala çaylarının dərələri üçün xurma ağacları xarakterikdir. Qışda və 
baharın  əvvəllərində yağışlardan sonra Mesopotamiya yaşıl örtüyə 
bürünür. Bataqlaşmış sahələrdə hündürlüyü 7-8 metrə çatan bərk 
gövdəli qamış bitir. Bu həmin qamışlardır ki, məşhur Norveç etno-
qrafı və arxeoloqu Tur Heyerdal 1977-78-ci illərdə onlardan «Tiqris» 
adlandırdığı  gəmini inşa edərək  İraqın  Əl-Qürnə  şəhərindən, Hind 
çayı mənsəbinə, oradan isə Cibutiyə səyahət etmişdir. 
İraq ekoloji baxımdan dünyanın  ən gərgin bölgələrindən 
biridir. Ölkədə baş verən daxili çəkişmələr, terror aktları, xarici 
müdaxilələr, vətəndaş müharibəsi onun təbiətinə çox böyük ziyan 
vurmuşdur. 1996-98-ci illərdə onun ərazisinə raket-bomba zərbələri 
endirilib. 2003-cü ilin yazında ABŞ başda olmaqla onun müt-
təfiqlərinin hərbi qüvvəlləri  ərazini tamamilə  zəbt edirlər. 
Müharibələrə  məruz qalan ölkələrdə isə ekologiyadan və  təbiəti 
mühafizədən danışmaq olmaz. Təbiətə  dəymiş ziyanı aradan qaldır-
maq üçün bir neçə onillər lazım gələcək. 
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin