Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Nəqliyyatı  və xarici ticarəti



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə53/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   49   50   51   52   53   54   55   56   ...   229
Nəqliyyatı  və xarici ticarəti. Başqa qonşu  ərəb ölkələri ilə 
müqayisədə  İraq nisbətən sıx dəmir, avtomobil yollarına və boru-
kəmər  şəbəkəsinə malik olub. Bu yollar əvvəl ingilis 
müstəmləkəçilərinin hərbi-strateji planlarına  əsasən tikilmişdir. 


 
85 
Köhnə yol şəbəkəsi ölkənin sürətlə inkişaf edən milli iqtisadiyyatının 
tələbatını 
təmin etmədiyindən onun yenidənqurmaya və 
genişləndirməyə böyük ehtiyacı var idi. 
Müstəmləkəçilik illərində bu işləri müəyyən dərəcədə  həyata 
keçirmiş İraq hökuməti ötən əsrin axırları və yeni əsrin əvvəllərində 
baş vermiş daxili münaqişələr və xarici müdaxilələr nəticəsində 
bütün nəqliyyat sisteminin dağılmasının və qismən sıradan 
çıxmasının şahidi oldu. 
Ölkədaxili yük və  sərnişin daşımalarında avtomobil 
nəqliyyatının rolu böyükdür. Ölkədaxili bütün daşımaların təqribən 
80-85 faizi avtomobil nəqliyyatının payına düşür. Avtomobil 
yollarının ümumi uzunluğu 40 min km-dən bir qədər artıqdır. Bu 
yolların üçdə iki hissəsi bərk örtüklü yollardır. Kərbəla və Ən Nəcəf 
dini mərkəzlərini Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərləri 
ilə birləşdirən «Zəvvar yolu» xüsusilə əhəmiyyətlidir. 
Əksəriyyəti dağılmış  vəziyyətdə olan dəmir yollarının ümumi 
uzunluğu 2032 km-dir. İlk dəmir yolunun (Bağdad dəmir yolu) 
çəkilişinə 1858-ci ildə almanlar tərəfindən başlanılmış, 1934-1941-ci 
illərdə isə  həmin yolun inşası Fransa və Böyük Britaniya şirkətləri 
tərəfindən tamamlanmışdır. Ötən  əsrin ikinci yarısında Bağdad-Əl 
Qasım, Bağdad-Bəsrə istiqamətində yeni yollar çəkilmişdir. 
İraqda böyük əhəmiyyətli boru kəmərləri (həm neft, həm qaz) 
də mövcud idi. İndi onların bəziləri sıradan çıxmışdır. İraq hökuməti 
bu kəmərlərin fəaliyyətini bərpa etməyə başlamışdır. 
Xarici ticarət. Ölkədə neft daşıyan gəmilərin donanması da 
yaranmışdı. Bəsrə, Fao, Umm-Qəsr ölkənin neft ixrac edən başlıca 
portlarıdır. Bağdad yaxınlığında beynəlxalq dərəcəli aeroport 
fəaliyyət göstərir. 
Müstəqillik illərində ölkənin xarici ticarətinin strukturunda 
dəyişikliklərə baxmayaraq, xarici ticarət bir tərəfli inkişaf edirdi. 
2001-ci ildə ölkə ixracatının dəyəri 15,8 mlrd. dollara bərabər 
olmuşdur. Bu da əsas etibarilə dünya bazarlarına çıxarılan neft 
satışından əldə olunmuş gəlir idi. Rusiya, Fransa, Çin və Türkiyə İraq 
neftinin  əsas alıcıları idi. İraq baykot olunana qədər neftlə yanaşı 
dünya bazarına xurma, gön-dəri, zərgərlik və xalça məmulatları 
çıxarırdı.  İraq idxalatının  əsasını  ərzaq, dərman və  əhali tərəfindən 
gündəlik işlədilən məmulatlar təşkil edir. Qoyulmuş qadağa 
(embarqo) ölkənin xarici ticarət coğrafiyasının genişləndirilməsinə 
 
86
imkan vermir. Ölkənin milli pul vahidi dinardır, 1 dinar 100 filəmə 
bərabərdir. 
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin