Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Səth quruluşu və faydalı qazıntıları



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə55/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   51   52   53   54   55   56   57   58   ...   229
Səth quruluşu və faydalı qazıntıları.  Təbiətinin mühüm 
xüsusiyyəti ölkənin dənizlər, dağlar və  səhralar arasında 
yerləşməsidir.  İsrailin  ərazisi ki-çik olsa da səth quruluşunda 
müxtəliflik hiss olunur. Qaliley yaylası adlanan hissə ölkənin  şimal 
və qərb bölgəsini tutur. Əslində bu yayla hündür düzənliyi xatırladır. 
Burada hündürlük 600-700 m-dən artıq deyil. Ölkənin şimali-şərqini 
Ürdün çayının dərəsi tutur. Mərkəzi hissə Aralıq dənizi sahili bo-
yunca yerləşmiş alçaq ovalığı xatırladır. Burada sahil xətti zəif 
parçalandığından ovalığın  şimal hissəsində yerləşmiş Xayfa körfəzi 


 
87 
istisna olmaqla təbii körfəz və buxtalar yoxdur. 
Ölkə  ərazisinin  əksər hissəsini Neqev yaylası tutur.Bu yayla 
şimalda alçaq dağ massivlərinə, şərqdə isə Qhor tektonik çöçəkliyinə 
yaxınlaşır. Bu çöçəkliyin ən dərin yerində okean səviyyəsindən 392 
m. aşağı olan Ölü dəniz yerləşir. Bu dənizlə  Qırmızı dəniz arasında 
qalan ərazidə Aqava dərəsi yerləşir. 
İsrailin  ərazisi faydalı qazıntılarla zəngin deyil. Əsasən 
mezazoy dövrünün çöküntüləri ilə örtülüdür. Nisbətən hündür 
yerlərdə karst hadisələrinə və mağaralarına rast gəlmək olar. Ölkədə 
qeyri-metal sərvətlər metal və yanacaq sərvətlərindən çoxdur. Qeyri-
metal faydalı qazıntılar içində Ölü dənizdəki kalium duzları, natrium 
və brom çoxdur. Neqev yaylasında fosforit, gips, tikinti materialları 
və kvars qumları aşkar edilmişdir. Müxtəlif yerlərdə ehtiyatı az olan 
dəmir və mis filizi, neft və  təbii qaz yataqları  aşkar edilmişdir. Ölü 
dənizdən əldə edilən təbii sərvət – potaş, xlorlu maqnezium, xörək və 
kalsium duzları, xüsusilə,  əhəmiyyətlidir. Bu bölgədə beynəlxalq 
əhəmiyyətli kurortlar yerləşir. 
 İqlimi və hidroqrafiyası. İsraildə Aralıq dənizi iqlim tipi ha-
kimdir. Ərazidə yay ayları quraq və isti,qış isə mülayim və rütubətli 
keçir. Yazda və yayda İsrail üzərində tropik, payızda və  qışda isə 
mülayim enliklərin hava kütlələri hakimdir.Səth quruluşunun 
müxtəlifliyi ölkədə iqlim fərqlərinin yaranmasına səbəb olur. 
Ölkənin qərbindən şərqinə getdikcə yağıntıların miqdarı kəskin 
şəkildə azalır. Məsələn, qərbdə yerləşmiş Qaliley yaylasına il ərzində 
1000 mm-ə  qədər yağıntı düşdüyü halda, şərqdə yerləşmiş Eylat 
bölgəsinə 50 mm yağıntı düşür. Ölkənin mərkəzi bölgələrinə 500 
mm-ə  qədər, Ölü dənizin sahillərinə isə 70-80 mm yağıntı düşür. 
Yanvar, fevral ayları ən çox yağış yağan aylardır. 
Aralıq dənizi sahil bölgəsində orta illik temperatur müsbət 20 
dərəcə olduğu halda, dağlıq bölgələrdə bu göstərici bir neçə  dərəcə 
aşağıdır. Orta temperatur yüksək olduğundan Aralıq dənizinin 
çimərliklərindən ilin 7-8 ayı istifadə etmək olar. Ölkənin ən isti yeri 
onun cənubundadır. Burada orta illik temperatur 23 dərəcədən aşağı 
düşmür. Cənubda ilin yay aylarının orta temperaturu 32-33 dərəcəyə 
çatır. Qış aylarında mənfi temperaturlar da müşahidə olunur. Hündür 
ərazilərdə  qış aylarının orta temperaturu mənfi 5 dərəcəyə uyğun 
gəlir. Ölkənin mərkəzi bölgələrində ilin 300 günü orta temperatur 
müsbət 15 dərəcəyə bərabərdir. 
 
88
Ərazi üçün şimal və  qərb küləklərinin  əsməsi səciyyəvidir. 
Yazda və yayın  əvvəllərində  Ərəbistan yarımadasından quru və isti 
xəmsin küləkləri əsir. Tozlu və dəhşətli isti havaya Neqev səhrasında 
rast gəlinir. 
İsrail səth suları ilə zəif təmin olunmuş ölkədir. Ərazinin qərb 
hissəsindən axan kiçik çaylar Aralıq dənizi hövzəsinə aiddir. Bu çay-
ların  əksəriyyəti ilin isti aylarda quruyur. Ölkənin şərq hissəsi axar-
sızdar. Ərazinin şimal-şərqindəki tektonik dərə ilə daima sulu İordan 
(Ürdün) çayı axır. Xermon massivindən başlanğıcını götürən bu çay 
Ölü dənizə tökülür.Tiveriad gölünə qədər bu çay ensiz dərə ilə, qalan 
hissələrdə isə allüvial düzənliklə axır. Okean səviyyəsindən 200 metr 
alçaqda yerləşmiş Tiveriad (yaxud Qaliley) gölünün uzunluğu 21 km, 
maksimal dərinliyi 48 metrdir. Gölün suyu duzlu olmadığından on-
dan içməli su mənbəyi kimi istifadə olunur. 
1000 kv. km ərazisi olan Ölü dənizin (uzunluğu 76, eni 16 km) 
250 kv. km-i İsrailə  məxsusdur. Bu kiçik ərazidən  İsrail hökuməti 
maksimum faydalanır. Ərazidə qiymətli mineral duzlar çıxarılmaqla 
yanaşı kurort təsərrüfatı inkişaf etdirilir. 
 Sənaye, kənd təsərrüfatı  və  əhalinin suya olan tələbatını 
ödəmək məqsədilə su təchizatı  və irriqasiyanın mərkəzləşdirilmiş 
sistemi yaradılmışdır. Bu sistemdə başlıca su kəmərlərinin uzunluğu 
150 km-ə çatır, Tiveriad gölünün şimal-qərb sahillərindən Roş-xa-
Ayin məntəqəsinədək davam edir, burada 106 km uzunluğunda olan 
Yarkon- Şimali Neqev xəttilə birləşir. 
Mütəxəssislər ölkənin içməli su ehtiyatlarının 1,8 mlrd. kub 
metr oldu-ğunu hesablamışlar. Bu suyun 1,1 mlrd. kub metri kiçik 
çayların və bulaqların 320 mln. kub metri Ürdün çayının İsrailə aid 
olan hissəsinin, 200 mln. kub metri Yarkon çayının suları təşkil edir. 
Ümumiyyətlə,  İsrail hökuməti içməli su təminatında böyük 
müvəffəqiyyətlər  əldə etmişdir. Onun bu təcrübəsindən başqa quraq 
ölkələr də istifadə edir. 
 Torpaq və bitki örtüyü. Ölkənin nisbətən çox yağıntı alan 
qərb hissəsində quru subtropik meşə  və kolluqların qəhvəyi tor-
paqları, mərkəzi və  şərq bölgələrində boz qəhvəyi torpaqlar, 
cənubunda isə subtropik səhra torpaqları yayılmışdır. Dağlıq 
ərazilərin bəzi yerləri torpaq örtüyündən məhrumdur. Sahil bölgələrin 
torpaqları nisbətən məhsuldardır. Belə torpaqlarda humusun miqdarı 
24 faizə çatır. 


 
89 
 Ölkənin Aralıq dənizi sahili mövqeyi florasının zənginliyinə 
səbəb olmuşdur. Endemik bitki növləri üstünlük təşkil edir. Baharda 
yağıntılardan sonra ölkənin landşaftı füsünkar olur. Qaliley ölkənin 
tarixi-təbii baxımdan gözəl yeri sayılır. Çünki bu rayonun iqlimi 
yumşaq, rütubətli, torpaqları məhsuldardır. Əvvəllər meşələrlə örtülü 
olan Qalileydə hazırda təbii landşaftdan nadir izlər qalmışdır. Kənd 
təsərrüfatına yararlı sahələrdə  və yamaclarda meşələr salınmışdır. 
Meşələr  ərazinin cəmi 5 faizində yayılmışdır. Neqev səhrasının 
həyatsız görünüşü vardır. Onu dik qayalar və dərin dərələr «bəzəyir». 
İsrail təbiətinin mühafizəsinə,ekoloji mühitinin sağlamlığına 
diqqətlə yanaşan ölkələrdən biridir. Hökumət Ölü dəniz bölgəsini 
Milli qoruq elan etmişdir. Amma ərazidə uzun illər aparılan 
müharibələr və terrorçuların fəaliyyəti ölkənin həm təbii, həm də an-
tropogen landşaftına böyük ziyan vurmuşdur. 
  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin