83
Bu yanacaq sərvətlərindən əlavə İraqda böyük ehtiyata malik
kükürd və fosfat yataqları da var. Ötən əsrin sonlarına qədər ölkədə
fosfat xammalının emalı üzrə ümumi gücü 700
min ton olan bir neçə
sənaye müəssisəsi tikilmişdi. Kükürd hasilatının yalnız 10 faizi daxili
tələbat üçün istifadə edilirdi, qalan hissəsi ixrac olunurdu. İraq
kükürdünün idxalatçıları əsasən Hindistan, Misir,
Çin və Banqladeş
idi. Başqa sahələr kimi mədən sənayesinin bu sahələri də iflic
vəziyyətindədir.
Ölkənin emaledici sənayesi ilk növbədə idxal olunmuş
hissələrdən avtomobil yığma, kənd təsərrüfatı maşınları,
elektrotexniki məmulat, əczaçılıq, tikinti materialları istehsalı və s.
ilə məşğul olurdu. Ötən əsrin axırları üçün ölkənin elektrik
stansiyalarının gücü 1,7 mln. kvt-a bərabər idi. 90-cı illərin
ortalarından başlayaraq İraq 6 mlrd. kv saat
elektrik enerjisi istehsal
edirdi. Dokan şəhərində xarici əsasən rus mütəxəssislərinin köməyi
ilə «Yusifiyə» adlanan istilik elektrik stansiyası tikilib istifadəyə
verilmişdi.
Xarici kapitalın və xarici mütəxəssislərin yardımı ilə İraqda
yeni sənaye sahələrinin yaradılması işinə başlanılmışdı. 1978-ci ildə
Nəsiriyyə şəhərində ölkənin ilk alüminium istehsalı müəssisəsi işə
salındı. Süvürrada əczaçılıq məhsulları istehsal edən müəssisə, əl-
Tağidə elektrik lampaları zavodu, müxtəlif şəhərlərdə kənd
təsərrüfatı maşınları və avadanlıqları istehsal
edən müəssisələr,
Kərbəla şəhərində müxtəlif konservlər istehsal edən zavod, Ramadidə
şüşə zavodu, Küt-əl-Ömərdə pambıq-parça istehsal edən fabrik tikilib
istifadəyə verilmişdir. Yüngül və yeyinti sənayesi İraqın ənənəvi
inkişaf etmiş təsərrüfat sahələridir.
Toxuculuq, xalçaçılıq, kişi və
qadın üst geyimləri, gön-dəri məmulatları nisbətən yaxşı inkişaf
etmişdi. Yeyinti sənaye müəssisələrinə ölkənin bütün yaşayış
məntəqələrində rast gəlmək olardı. Regionun başqa ölkələrində
olduğu kimi İraqda da sənətkarlıq (xüsusilə zərgərlik və toxuculuq)
yaxşı inkişaf etmişdir.
Dostları ilə paylaş: