XXI əsrin başlanğıcında İraq mədən sənayesi inkişaf etmiş,
ortasəviyyəli sənaye-aqrar ölkə idi. 2001-ci ildə ölkənin Daxili
Məcmui Məhsulunun dəyəri 60-65 mlrd. ABŞ dollarına yaxın idi. O
vaxt ölkənin milli valyutası olan bir dinar təqribən 3 ABŞ dollarına
bərabər tutulurdu. 2001-ci ildən sonra ölkə iqtisadiyyatı güclü
dəyişikliklərə məruz qaldı. Müharibələr, kamekadzelərin törətdikləri
partlayışlar və terror aktları, ölkəyə qarşı yönəldilmiş iqtisadi sanksiya-
lar, başqa qadağalar, maliyyə vəsaitlərinin həbs edilməsi və
xoşagəlməz başqa səbəblər iqtisadiyyata viranedici zərbə vurdu.
Hazırda İraq hökuməti iqtisadiyyatı bərpa etmək sahəsində
aşağıdakı vəzifələri həyata keçirməyi planlaşdırır:
•
əvvəllər fəaliyyətdə olmuş bütün müəssisələri ilk növbədə ener-
getika və mədən sənaye müəssisələrini yenidən işə salmaq;
•
ölkədə yaşayan xalqlar və dini icmaların həmrəyliyinə nail olmaq;
•
insanlar üçün şəhər və kəndlərdə yeni iş yerləri yaratmaq;
•
əhalini ərzaq, içməli su, dərmaq preparatları ilə təmin etmək;
•
səhiyyə və maarif sistemlərinin işini bərpa etmək;
•
ölkənin təhlükəsizlik qüvvəllərini yaratmaq;
82
•
qonşuları ilə münasibəti mehriban məcrayə yönəltmək.
XIX əsrin sonlarına qədər zəngin neft ehtiyatı hesabına neft
sənayesi ilə əlaqədar köməkçi təsərrüfat sahələri: yanacaq,
elektroenergetika, neft-kimya, tikinti materialları istehsalı sənaye
sahələri yaradılmışdır. Neftdən gələn böyük gəlirlər hesabına hərbi
infrastruktur və ən yeni silahların və hərbi sursatların alınması işi
geniş vüsət almışdı.