Microsoft Word Yaxin ve orta serq olkeleri doc


partiyasının rəhbərliyi ölkədə mütərəqqi sosial iqtisadi dəyişikliklər



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə47/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   43   44   45   46   47   48   49   50   ...   229

partiyasının rəhbərliyi ölkədə mütərəqqi sosial iqtisadi dəyişikliklər 
həyata keçirməyə başlayır. 1970-ci il martın 11-də  İraq hökuməti 
kürd probleminin dinc yolla nizama salınması  bərədə  bəyanat verir 
və kürdlərə qarşı 10 ildən artıq davam edən müharibəyə son qoyulur. 
                                      
*
 Bağdad paktı – Böyük Britaniyanın təşəbbüsü və ABŞ-ın köməyi ilə 
yaranan təcavüzkar hərbi blok. 1995-ci ilin fevralın 24-də Bağdadda İraq və 
Türkiyə arasında qarşılıqlı əməkdaşlıq barədə müqavilə imzalandı. Sonradan 
bu pakta Böyük Britaniya, İran və Pakistan da qoşuldu.  İraq bu paktın 
tərbindən çıxdıqdan sonra o, əslində fəaliyyətini dayandırdı. 


 
77 
1974-cü ildə isə kürdlərə milli muxtariyyət verilməsi barədə Qanun 
qəbul edilir. 
 1980-ci ilin sentyabrında  İraq-İran münasibətləri olduqca 
kəskinləşərək uzun sürən dağıdıcı müharibəyə çevrilən hərbi to-
qquşmaya səbəb oldu. Kökü çox uzaq tarixi keçmişə gedən İraq-İran 
münaqişəsinin  əsasını dini, siyasi və  ərazi xarakterli ixilaflar təşkil 
edirdi. Bu müharibə bir tərəfdən ABŞ-a Yaxın  Şərqdəki itirilmiş 
mövqeyini möhkəmlətməyə imkan verdi. Digər tərəfdən isə siyasi 
baxımdan «barıt çəlləyinə» bənzəyən Yaxın  Şərqdəki vəziyyəti lap 
gərginləşdirdi. 
Dünya mətbuatında İraq-İran müharibəsi müxtəlif cür «tanker 
müharibəsi», «qeyri-adi müharibə», «iqtisadiyyatı  əldən salmaq 
müharibəsi» və s. adlandırılıb. İran körfəzində 7 il 6 aydan artıq da-
vam edən bu müharibə XX əsrdə Asiyada ən uzun və dağıdıcı 
müharibə olmuşdur. Bu müharibənin vurduğu ziyanı  dəqiq he-
sablamaq olduqca çətindir. Müharibə  nəticəsində  hər iki ölkə 
özlərinin inkişaf səviyyəsini ən azı 15-20 il geri atıblar. 
1988-ci ilin 20 avqustunda İraq-İran cəbhəsində barışıq barədə 
razılaşma əldə olunur. Bu hadisədən 5 gün əvvəl isə İraq prezidenti 
Səddam Hüseyn, İran prezidenti Haşimi Rəfsancaniyə 1975-ci il 
Əlcəzair müqaviləsi əsasında sülh bağlamaq müraciətini edir. Həmin 
müqaviləyə  əsasən ölkələr arasında mübahisəli sərhəd xətti  Şətt-ül-
Ərəb çayının talveqindən (ortasından) keçirdi. Bağdadın müraciəti 
Tehran tərəfindən qəbul olunur və avqustun 17-22-si arasında İran öz 
qoşunlarını İraq sərhədindən uzaqlaşdırır. 1990-cı ilin oktyabrında isə 
hər iki ölkə diplomatik münasibətlərini bərpa edirlər. 
İranla müharibədən sonra iqtisadi cəhətdən zəifləməsinə bax-
mayaraq  İraq 1990-cı ilin 2 avqustunda qonşu Küveytə qarşı  hərbi 
təcavüzə başlayır. Küveyt İraq ilə birlikdə (onun Bəsrə vilayəti kimi) 
uzun müddət Osmanlı  İmperiyasının tərkibində olmuşdur. 1899-cu 
ildə Küveytin əmiri  İngiltərə ilə «Dostluq» haqqında müqavilə 
bağlamış və bununla da faktiki olaraq (rəsmi sürətdə 1914-cü ildən) 
onun protektoratlığına çevrilmişdir. Bütün bunları İraq hökuməti irad 
tutaraq, sübut etməyə çalışmışdır ki, Osmanlı imperiyası dövründə 
Küveyt Bəsrə vilayətinin bir hissəsi kimi İraqın tərkibində olmuş 
sonralar isə zorla ingilis müstəmləkəçiləri tərəfindən Bəsrə 
vilayətindən qoparılmışdır. 
Müharibə başlayandan sonra BMT-nin Təhlükəsizlik  Şurası 
 
78
İraq təcavü-zünü pisləyən bir neçə  qətnamə  qəbul edir. Həmin 
qətnamələrdə Küveytin qanuni hökumətini bərpa etmək və  İraqa 
qarşı beynəlxalq sanksiyaları  qəbul etmək məsləhət bilinir. 
Qətnamələrdə  həmçinin müdaxilənin hüquqi cəhətdən qeyri-qanu-
niliyindən də bəhs edilir. 
 BMT-nin  Təhlükəsizlik  Şürası  İraqa zəbt etdiyi ərazidən öz 
qoşunlarını geri çəkmək üçün 1997-ci ilin 15 yanvarına qədər vaxt 
vermişdir. Bir gün sonra, daha doğrusu, yanvarın 16-dan 17-nə keçən 
gecə  tərkibi  əsasən ABŞ, Böyük Britaniya, Fransa və  bəzi  ərəb 
ölkələrinin qoşunlarından ibarət çoxmillətli hərbi qoşun kontingenti 
Küveytin  ərazisinə daxil olub İraqla müharibəyə başlayır və  qısa 
müddət  ərzində Küveyt ərazisi  İraq qoşunlarından təmizlənir. 1994-
cü ilin 19 noyabrında  İraq, Küveytin suverenliyini, ərazi bütöv-
lüyünü, sərhədlərinin beynəlxalq statusunu tanıdığını  rəsmi  şəkildə 
elan edir. 
Bununla «ürəyi soyumayan» BMT-nin Təhlükəsizlik  Şürası 
İraqa qarşı daha sərt tədbirlərə  əl atır və müxtəlif sanksiyalar tətbiq 
etməyə başlayır. Başqa sözlə desək İraqdan hər cür xammal və hazır 
məhsulun çıxarılmasına ilk növbədə neftin və  təbii qazın ixracına, 
eləcə də ərzaq və dərman məmulatları istisna olmaqla İraqa xamma-
lın, hazır məhsulların, xüsusilə  hərb sənayesinə kömək edəcək 
məmulatların idxalına qadağa qoyulur. 1998-ci ilin dekabrında ABŞ 
və Böyük Britaniya hərbi hava və  hərbi dəniz qüvvəlləri  İraqı, ilk 
növbədə Bağdadı raket atəşinə tutur. Bu zorakılıq dünya ictimaiyyəti 
tərəfindən birmənalı qarşılanmır. 
Sonrakı illər İraq üçün daha faciəli olmuşdur. Ölkədə atom si-
lahının olmasını  və hökumətin rəsmi dairələrinin beynəlxalq 
terrorizmə  dəstək verməsini bəhanə edərək (əslində  məqsəd  İraq 
neftinə sahib olmaq və rəsmi Vaşinqtonun istəklərinə məhəl qoyma-
yan Səddam Hüseyn hökumətini devirmək idi) ABŞ  və onun 
tərəfdarları öz hərbi hava qüvvəllərini İraqa göndərir. Ölkə tamamilə 
zəbt olunur. Səddam Hüseyn həbs edilir və 2005-ci il dekabrın 30-da 
edam edilir. 
Ölkədə  rəsmi Vaşinqtonun nəzarəti altında parlament və 
prezident seçkiləri keçirilsə  də sülh və  əminamanlıq bərpa olun-
mayıb. Artıq bir neçə ildir ki, İraqda vətəndaş müharibəsi səngimir. 
Xalq və dünya ictimaiyyəti xarici qoşunların ölkədən çıxarılmasını 
tələb edir. 


 
79 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin