Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə44/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   40   41   42   43   44   45   46   47   ...   229
İqlimi və hidroqrafiyası. Ölkənin iqlimi şimalda və mərkəzdə 
subtropik kontinental Aralıq dənizi tipli, cənubda tropikdir. Həm 
dağlıq rayonlarda, həm də Mesopotamiya ovalığında yay qızmar, 
quru, qış isə yumşaq və rütubətli keçir. İyul ayının orta temperaturu 
Mosulda (ölkənin  şimalında) 38, Bağdadda (mərkəzdə) 34, Bəsrədə 
(cənubda) 33 dərəcədir. Yayda cənubda havanın hərarətinin 50 
dərəcəyədək qalxmasını tez-tez müşahidə etmək olar. Yanvar ayının 
orta temperaturu Mosulda müsbət 5-7, Bağdadda 9-10 dərəcə olur. 
Şimaldakı dağlıq rayonlarda temperaturun 15 dərəcəyədək azalması 
hallarına da rast gəlmək olar. İraqda tez-tez quru şimal və şimal-qərb 
küləkləri  əsir. Həmin külək ildə 50 gün davam etdiyinə görə 
«xəms»in (xəms ərəbcə 50 deməkdir) adlanan külək əsdiyi vaxt hər 
yer bozarır. Hava sarı  rəngə çalır. Küləklə  gələn qum adamı göz 
açmağa qoymur. Bu küləyi  şimal ölkələrində qar yağan zaman baş 
verən çovğunla müqayisə etmək olar. 
Ölkə üzrə illik yağıntıların orta miqdarı 300 mm-ə yaxındır. 
Şimala, xüsusilə, dağlıq rayonlara yağıntı (500 mm), cənuba isə az 
(100 mm) düşür.  Ən az yağıntı (60 mm) Mesopotamiyanın cənub-
şərqinə düşür. Yuxarı Mesopotamiyada dekabr ayında başlayan və 
tədricən ölkənin  şərqini  əhatə edən leysan yağışlar  əksər hallarda 
güclü daşqınlarla nəticələnir. 
 İslam ölkələrinin əksəriyyətindən fərqli olaraq İraq daxili su-
larla zəngindir. Yaxın Şərqin ən böyük çayları olan Dəclə (uz. 1718) 
və Fəratın (2300 km) orta və aşağı axınları İraq ərazisindədir. Şimal-
qərbdən cənub-şərq istiqamətində axan Dəclə  və  Fərat  Əl-Qürnə 
şəhəri yaxınlığında birləşərək  Şətt-ül-Ərəb (mənası  Ərəb çayı) adı 
altında İran körfəzinə tökülür. Fərat axını boyu heç bir qol qəbul et-
mir. Dəcləyə isə  mənbəyi Kürdüstan və Zaqros dağlarında yerləşən 
Böyük Zab, Kiçik Zab, Diala çayları tökülür və İraq ərazisində onun 
ən böyük qolları sayılır. Dəclə və Fərat qolları ilə birlikdə Mesopo-
tamiya ovalığına 70 kub metr həcmində su gətirir. 
Tez-tez baş verən daşqınlar Dəclə  və  Fəratın aşağı axınında 
bataqlaşmış sahələr  əmələ  gətirmişdir. Hidrotexniki qurğuların ti-
kintisi çaylarda su sərfini xeyli nizama salmışdır. Misir üçün Nil
Pakistan üçün Hind çayının iqtisadi əhəmiyyəti nə qədər böyükdürsə, 
İraq üçün də  Dəclə  və  Fərat bir o qədər  əhəmiyyətlidir. Bu çaylar 


 
75 
Mesopotamiya ovalığının məhsuldar torpaqlarını suvarmaqla yanaşı 
əhalinin içməli su ilə təmin olunmasında da böyük rol oynayır. Çay-
ların nəqliyyat arteriyası kimi də əhəmiyyəti böyükdür. Şətt-ül-Ərəb 
çayında mövcud dərinlik (9 metr) dəniz gəmilərinin Bəsrə  şəhərinə 
qədər qalxmasına imkan yaradır. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin