Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə82/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   78   79   80   81   82   83   84   85   ...   229
Əl-Küveyt ölkənin paytaxtıdır. Küveyt körfəzi sahilində 
yerləşmiş  şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur.  Ətrafı ilə 
birlikdə  əl-Küveytdə 1,5 mln nəfər (2005) əhali yaşayır. Müasir əl-
Küveyt  ənənəvi  ərəb-müsəlman  şəhərlərinə  bənzəmir. Xarici görü-
nüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər 
hesabına şəhər sürətlə böyüyür. 
Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti 
məhsulları, sement istehsal olunur, avtomobil, televizor və soyuducu-
 
122
lar quraşdırılır. Əl-Küveytin Şüveyx adlanan rayonunda gəmiqayırma 
və  gəmi təmiri müəssisələri, istilik-elektrik stansiyası yerləşir. 
Şəhərdə dəniz suyunu içməli suya çevirən müəssisə var. 
Əl-Küveyt mühüm dəniz limanı, ölkənin böyük nəqliyyat 
qovşağıdır. Şəhərdə beynəlxalq əhəmiyyətli təyyarə meydanı yerləşir. 
Əl-Küveytdə universitet, milli muzey fəaliyyət göstərir. Paytaxtda 
onlarca qəzet, jurnal nəşr edilir. Milli televiziya və radio mərkəzi
KUNA adlanan hökumət informasiya agentliyi fəaliyyət göstərir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin