Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə83/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   79   80   81   82   83   84   85   86   ...   229
 
4. İqtisadiyyatı 
 
Regionun neft çıxaran başqa ölkələri kimi Küveyt də ötən əsrin 
70-ci illərinin enerji böhranının «bəhrəsindən» öz xeyrinə istifadə edə 
bilmişdir. Neftin qiymətinin kəskin surətdə qalxması bu ölkənin 
«iqtisadi-sosial taleyini» əsaslı surətdə dəyişdirmiş, milli təsərrüfatın 
ləng inkişafı  qısa müddətdə onun sürətli artımı ilə  əvəz olunmuşdur. 
Gildən tikilmiş orta əsr şəhər və kəndlərinin yerində bir neçə il ərzində 
çoxmərtəbəli yaşayış evləri, bank, mehmanxana və digər inzibati 
binaları olan müasir şəhərlər salınmışdır. 
Şəhərlərdə ən müasir texnika və texnologiya ilə təchiz olunmuş 
neft emalı  və neft-kimya müəssisələri, sement zavodları, su 
təmizləyici qurğular, müxtəlif məişət malları istehsal edən 
müəssisələr, məktəblər, xəstəxanalar və s. tikilmişdir. Ölkədə  kənd 
təsərrüfatı plantasiyaları genişləndirilmiş, yaxın vaxtlara qədər kar-
van yollarının keçdiyi səhralarda müasir və geniş avtomobil magis-
tralları çəkilmiş, dəniz və hava limanları təkmilləşdirilmişdir. 
1989-cu ildə ölkədə gündəlik neft hasilatı 230 min ton, onun 
satışından  əldə edilən gəlir isə 9250 mln. dollar təşkil etmişdir. Kü-
veytin  İraq tərəfindən işğal edilməsi və sonradan azadlıq uğrunda 
gedən müharibənin nəticələri (1990-1992) ölkənin iqtisadiyyatına, 
xüsusilə onun neft sənayesinə (neft buruqlarının yandırılması, boru 
kəmərlərinin partladılması, neft anbarlarının, neft emalı zavodlarının 
dağıdılması və s.) olduqca böyük ziyan vurmuşdur. 
1990-cı ildə ölkədə orta gündəlik neft hasilatı 130 min tona 
enmiş, yəni 1989-cu il səviyyəsindən 37 faiz azalmış, neftdən  əldə 
edilən gəlir isə 6850 mln. dollara enmişdir. 1991-ci ilin ortalarından 
xarici  şirkətlərin fəal iştirakı ilə ölkədə neft sənayesi və  təsərrüfatın 
digər sahələrinin bərpası üzrə  işlərə başlanılmış  və  qısa müddətdə 


 
123 
əhəmiyyətli nailiyyətlər  əldə edilmişdir. Bərpa işlərinin həyata 
keçirilməsi üçün 8,5-10 mlrd. dollar vəsait və iki-üç il vaxt lazım ol-
muşdur. Artıq 1992-ci ilin axırında ölkədə neft hasilatı 1989-cu ilin 
səviyyəsinə çatmışdır. Dağıdılmış iqtisadiyyatın bərpası üçün Küveyt 
xarici kredit almağa məcbur olmuşdur. Bu krediti Küveyt İran körfəzi 
dövlətlərinin  əməkdaşlıq  Şurasının üzvləri olan ölkələrdən, xüsusilə 
Səudiyyə Ərəbistanı və BƏƏ-dən almışdır. 
Küveytin milli təsərrüfatının inkişaf xüsusiyyətləri neft ixrac 
edən digər ölkələrin əlamətlərinə oxşardır. Bu ölkədə də başlıca kapi-
tal iqtisadiyyatın daxili inkişafı hesabına deyil, neft ixracatı 
nəticəsində  əldə edilən vəsait hesabına formalaşır. Müstəqillik  əldə 
etdikdən sonra dövlət bu vəsaitlərdən müştərək müəssisələrinin 
yaradılması üçün fəal istifadə edir. İran körfəzinin başqa 
əmirliklərində olduğu kimi Küveyt də sürətlə  sənayeləşdirməyə  və 
iqtisadi strukturunun mürəkkəbləşdirilməsinə daha çox fikir verir. 
Belə təsərrüfat mexanizminin yaradılmasında məqsəd «neft erasının» 
başa çatmasından sonra ölkənin tələbatını  təmin edə bilən milli 
iqtisadiyyatı formalaşdırmaqdadır. 
Öz planlarını  həyata keçirmək üçün, yəni  əsaslı  sənaye 
sahələrinin tikintisi, infrastrukturun yaradılması, ixtisaslı milli kadr-
ların hazırlanması və s. üçün Küveyt Qərb şirkətlərinin köməyindən 
geniş istifadə edir və onlar ilə birlikdə müştərək müəssisələr yaradır. 
Xarici sahibkarlara bu və yaxud başqa müəssisə  səhmlərinin yalnız 
49%-nə şərik olmaq imkanı verilir. Bununla yanaşı Küveyt neft ixra-
catından  əldə etdiyi olduqca böyük vəsaitin hamısını ölkənin daxili 
iqtisadiyyatında istifadə etmək imkanına qadir deyil. Buna görə  də 
əldə etdiyi kapitalın getdikcə böyük hissəsini faydalı  şəraitdə  Qərb 
ölkələrinin iqtisadiyyatına və banklarına yönəldir. 
Ölkənin milli sərvəti olan neftdən gələn gəlirin yerli 
küveytlilər arasında eyni miqdarda paylaşdırılması prinsipi qəbul ol-
unmuşdur. İqtisadiyyatın dövlət tərəfindən tənzim olunması ön plana 
çəkilir. Ümumdaxili Məhsulun təqribən 75%-i dövlət bölməsində 
əldə edilir. 
Xaricə yönəldilən kapitaldan və oradakı avuarlarından ölkə 
əhəmiyyətli dərəcədə valyuta əldə edir və neft ixracatından «asılılığı» 
keçdikcə  zəifləyir. Ümumi daxili məhsulun formalaşmasında neft 
sənayesinin əvvəlki kimi başlıca rol oynamasına baxmayaraq, son on 
ildə onun payı bir qədər azalmışdır. Emaledici sənaye, tikinti, ticarət 
 
124
və bank əməliyyatının isə payı xeyli dərəcədə artmışdır. Küveyt 
iqtisadiyyatının başlıca xüsusiyyəti ölkədə bol və ucuz enerjinin
böyük investisiya imkanlarının olması, həmçinin yerli əmək ehtiyat-
larının çatışmamasıdır. 
Küveytdə ÜDM-un 54 faizi sənayenin, 45 faizi xidmət 
sahələrinin, 1 faizə yaxını isə kənd təsərrüfatının payına düşür. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin