125
dan əldə etdiyi vəsaitin əhəmiyyətli hissəsini ölkə neftinin emalı və
neft-kimya sənayesinin yaradılmasına istiqamətləndirmişdir. Ölkənin
ilk neft təmizləmə müəssisəsi 1949-cu ildə Mina əl-Əhmədi
şəhərində tikilmişdir. 1986-cı ildə bu müəssisənin istehsalat gücü
xeyli genişləndirilmişdir. 1958-ci ildə Mina-Abdulla və 1968-ci ildə
Əş-Şüeyb neft emalı zavodu tikilmişdir.
Küveytdə fəaliyyətdə olan neft emalı müəssisələrinin ümumi
gücü 45 mln. tondur. Neft emalı zavodları avtomobil, təyyarə, mü-
hərrik yanacaqları, bir sıra sürtkü yağları və s. istehsal edir. Başqa
sözlə desək, yüksəkkeyfiyyətli texnika və müasir texnologiya ilə
təchiz edilən neft emalı müəssisələri təbii xammalı kompleks şəkildə
emal edir.
Təbii qaz Küveytin ikinci mühüm sərvətidir və əsasən neftlə
birgə çıxarılır. Qaz istehsalı 1961-ci ildə 0,98 mlrd. kub m-dən 2003-
cü ildə 11,0 mlrd. kub m-ə çatdırılmışdır. Qazı «Küveyt oyl kom-
pani» və «Arabiyen Oyl» şirkətləri çıxarır.
Mina əl-Əhmədi, Əş-
Şüeyb, Mina-Abdulla şəhərlərindəki emal müəssisələrində istehsal
olunan propan, butan, mayeləşdirilmiş qaz əsasən ixrac olunur.
Emaledici sənayedə neft-kimya, xüsusilə inkişaf etmişdir. Bu
sahə başlıca olaraq ölkənin dövlət bölməsi çərçivəsində yaradılmış və
inkişaf etməkdə davam edir. Ötən əsrin 70-ci illərində dünya baza-
rında neftin qiymətinin qalxmasından sonra neft-kimya sənayesi daha
sürətlə inkişaf etmişdir. İlk növbədə Əş-Şüeyb və Mina əl-Əhmədidə
fəaliyyət göstərən neft-kimya müəssisələri yenidən qurulmuş və yeni
müəssisələr tikilmişdir. Bu müəssisələrdə xammal kimi əsasən
tərkibində etan və propan olan neftlə yanaşı çıxan qaz,
həm də neft
emalı nəticəsində əldə edilən qazdan istifadə olunur.
Küveytin iqlim şəraitinin xüsusiyyətləri, yəni tarixən mövcud
olan içməli «su qıtlığı» ölkədə iqtisadiyyatın xüsusi sahəsinin – dəniz
suyunun təmizlənməsi üzrə təmizləyici qurğular ölkə iqtisadiyyatının
mühüm sahəsidir. İlk su təmizləyici qurğu 1950-ci ildə Mina əl-
Əhmədidə, sonralar isə əş-Şüeyb və əş-Şüveyxdə tikilmişdir. Ölkənin
paytaxtında həm də çirkab suların təmizlənməsi üçün dörd zavod
fəaliyyət göstərir. Çirkab sular təmizləndikdən sonra onlardan əkin
sahələrininin suvarılmasında, landşaftın yaşıllaşdırılmasında geniş
istifadə edilir. Təmizləyici qurğuların sayının və gücünün artırılması
elektrik enerji istehsalı ilə sıx əlaqədardır.
1970-ci ilə qədər Küveytdə elektrik
enerjisi neft və qaz
126
əsasında işləyən istilik elektrik stansiyalarında istehsal olunurdu.
1970-ci ildən isə su təmizlənərkən elektrik enerjisi alınmasına
başlanılmışdır. Hazırda ölkədə hər il 19-20 mlrd. kv / saat elektrik
enerjisi istehsal olunur.
Son illər ölkədə günəş enerjisinə maraq artır. 1980-ci ildə
Sülaybitəhdə günəş enerjisi ilə işləyən elektrik stansiyası
yaradılmışdır. Enerjinin bu növü Küveytin iqlim şəraiti üçün,
xüsusilə, əlverişlidir. Hesablamalara görə ölkə ərazisinin cəmi 1,0%-
ində günəş enerjisinin toplanması (akkumulyasiyası) hər birinin gücü
1 min MVT olan onlarla elektrik stansiyalarına bərabər olardı.
İqtisadiyyatın sürətli inkişafı, sənayeləşdirilmə, kənd
əhalisininin şəhərlərə köçməsi, şəhərlərin genişləndirilməsi və yeni
şəhərlərin salınması, infrastruktur sahələrinin yaradılması milli tikinti
sənayesinin yaradılmasına və sürətli inkişafına səbəb olmuşdur.
Ölkədə həyata keçirilən tikinti işləri,
xüsusilə şəhər
tikintilərinin, liman təsərrüfatının genişləndirilməsi, yaşayış
məntəqələri yerləşən sahil bölgəsinin yenidən qurulması, yeni sənaye
obyektlərinin tikintisi və s. həddindən artıq tikinti materialları tələb
edir ki, bunu da nə yerli istehsal, nə də idxal hesabına ödəmək müm-
kün deyildi. Buna görə də ölkə tikinti materialları istehsalını
gücləndirmək məqsədi ilə tikinti sənayesinin inkişafına daha böyük
miqdirda vəsait ayırmağa məcbur olmuşdur. Xüsusilə İraq-Küveyt
müharibəsində dağıdılmış Küveyt şəhərlərinin bərpası üçün daha çox
tikinti materialları tələb olunmuşdur.
Bu məqsədlə qonşu ərəb
ölkələri, xüsusilə BƏƏ Küveytə tikinti materialları ixracatını
artırmışdır.
«Neft erasına» qədər yüngül və yeyinti sənayesinin əsasını
çoxlu sayda kiçik müəssisələr və emalatxanalar təşkil edirdi. Bu
müəssisələrin əksəriyyəti demək olar ki, şəhərlərdə, ilk növbədə
paytaxt mahalında yerləşirdi. Ötən əsrin 70-ci illərində bu sahələrdə
xüsusi bölmənin fəaliyyətini gücləndirmək üçün dövlət bir sıra
tədbirlər həyata keçirmişdir. Məsələn, yüngül və yeyinti sənaye
müəssisələrinin tikintisi üçün ayrılan torpaq sahələri güzəştli
qiymətlə verilmiş, onlar üçün zəruri olan infrastruktur sahələrinin
tikintisini dövlət
öz üzərinə götürmüş, sahibkarları bəzi vergilərdən
azad etmiş və onlara aşağı faizlə kredit vermişdir. Belə şəraitdə
yüngül və yeyinti sənaye sahələrinin müəssisələrinin sayı sürətlə
artmışdır. İndi ölkədə bir neçə iri toxuculuq və tikiş fabriki, dəri
127
məmulatları, ayaqqabı istehsal edən müəssisə fəaliyyət göstərir.
Sintetik lif, polietilen, çit məhsulları istehsalı Küveytin yüngül
sənayesinin yeni sahələridir. Yeyinti sənayesinin 400-dən artıq
müəssisəsində un, çörək, şirniyyat, süd, spirtsiz içki, süni buz və
dondurma və s. istehsal edilir.
Digər sənaye sahələri başlıca olaraq məişət metal məmulatları
və ağac emalı müəssisələri,
metal boru, şüşə, avtomobil şinləri,
sabun, kağız, dəftərxana məmulatları istehsal edən müəssisələr ilə
təmsil olunur. İrili-xırdalı belə müəssisələrin sayı bir neçə minə
çatmışdır.
Ölkənin sənaye müəssisələrinin böyük əksəriyyəti
sənayeləşdirilmiş Əş-Şüeyb bölgəsində cəmlənmişdir. Əş-Şüeyb
sənaye bölgəsinin yaradılmasına ötən əsrin 60-cı illərində başlanmış
və 70-ci illərinin ortalarında başa çatmışdır. Hazırda Əş-Şüeyb iki
bölgədən – ümumi sahəsi 10 kv. km olan və paytaxtdan 44 km
cənubda yerləşən Şərq (Əş-Şüeyb sənayeləşdirilmiş bölgə) və ümumi
sahəsi 13 kv. km olan və paytaxtdan 50 km cənubda yerləşən Qərb
(Mina əl-Əhmədi sənayeləşdirilmiş bölgə) hissələrdən ibarətdir.
Dostları ilə paylaş: