131
ticarət dövriyyəsində 1961-ci ildən 2005-cü ilə qədər dəyərinə görə
ixracat idxalatdan üstün olmuşdur.
Küveytin başlıca ixracat məhsulu yanacaqdır. Ayrı-ayrı illərdə
ixracat gəlirinin 80 faizə qədəri neftin payına düşmüşdür. Yanacaq
ixracatında neft məhsulları hesabına xam neftin payı xeyli aşağı
düşmüşdür. Küveyt inkişaf etmiş ölkələr arasında – ən
iri ticarət
ortaqları Avropa İqtisadi Birliyinin üzvü olan ölkələr və Yaponiyadır.
Qonşu ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı, Pakistan,
Sinqapur, Filippin,
Braziliya, Türkiyə, Hindistan və digər dövlətlərlə
də ticarət əlaqələri saxlayır. Ölkənin pul vahidi Küveyt dinarlarıdır.
Dostları ilə paylaş: