Maliyyə sistemi. Ölkədə milli maliyyə sisteminin əsası müs-
təqillik əldə olunduqdan sonra qoyulmuşdur. 1961-ci iln 13 mayında
dinar ölkənin qanuni pul vahidi kimi təsdiq edilmişdir. Dövlət
büdcəsi gəlirinin 90 faizə qədərini ənənəvi olaraq neft və neft
məhsulları ixracatından əldə edilən vəsait təşkil edir. Küveyt neftdən
gələn gəlirin bir hissəsini ənənəvi olaraq Qərb ölkələrindən qiymətli
kağız almağa sərf etmiş və onların banklarında saxlamışdır. 1974-cü
ildən başlayaraq Küveyt kapitalının bir hissəsi Qərb dövlətlərinin
sənaye, kənd təsərrüfatı və s. infrastruktur sahələrində istifadə
edilməsinə istiqamətləndirilir.