Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə86/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   82   83   84   85   86   87   88   89   ...   229
Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. Cəmi bir neçə 
on il əvvəl Küveytdə  ənənəvi nəqliyyat növləri kimi quruda dəvə, 
dənizdə isə kiçik yelkənli «dou» gəmiləri üstünlük təşkil edirdi. 
Ölkənin nəqliyyat  şəbəkəsinin  əsasını karvan yolları  təşkil edirdi. 
İkinci dünya müharibəsindən sonra neft hasilatının artımı, onun 
ixracat limanlarına daşınmasının zəruriliyi, xarici neft şirkətlərinin 


 
129 
fəaliyyətinin genişlənməsi, iqtisadiyyatın inkişafı təcili olaraq müasir 
nəqliyyat və rabitə sisteminin yaradılmasını tələb etmişdir. 
Əgər əvvəllər xarici şirkətlər yalnız neft hasilatına xidmət edən 
nəqliyyat şəbəkəsinin yaradılması ilə məşğul olurdularsa, artıq 50-60-
cı illərdə Küveyt hökuməti milli təsərrüfat mexanizminin tərkib 
hissəsini təşkil edən nəqliyyat şəbəkəsinin yaradılmasına başlamışdır. 
Nəqliyyatın ayrı-ayrı növlərinə, xüsusilə avtomobil və  dəniz 
nəqliyyatının inkişafına daha çox fikir verilmişdir. Bu dövr ərzində 
bir çox atomobil magistralları  çəkilmiş, dəniz və hava limanları 
təkmilləşdirilmiş  və yenidən tikilmişdir. Demək olar ki, dəniz ticarət 
və mülki hava donanması yenidən yaranmışdır. 
Küveytdə  dəmir yolu olmadığından avtomobil nəqliyyatı 
mühüm  əhəmiyyətə malikdir. Bərk örtüklü avtomobil yollarının 
ümumi uzunluğu 3600 km-dir. Beynəlxalq  əhəmiyyətli  ən mühüm 
şosse yolları: əl-Küveyt – Cəhra – Səfvan – Bəsrə (uz. 118 km), Mina 
əl-Əhmədi-  Əş-Şüeyib – Əş-Şüveyx – Mina-Abdulla – Mina-Səud 
(uz. 107 km), Əl-Küveyt – Əs-Səlmi (uz. 95 km) istiqamətindədir. 
Bu yollar ölkənin yaşayış məntəqələrini birləşdirməklə yanaşı qonşu 
ölkələrlə  də  (İraq, Səudiyyə  Ərəbistanı)  əlaqə yaradır.  Əl-Küveyt – 
Bəsrə yolu vasitəsilə Bağdad, Dəməşq və Beyrut arasında olan 
magistrala çıxmaq mümkündür. Neft mədənləri rayonlarına xidmət 
edən  Əl-Küveyt – Əl-Əhmədi – Burkan – Mina-Abdulla – Vəfra 
yollarının əhəmiyyəti böyükdür. 
Dəniz nəqliyyatı əsasən xarici ticarətə xidmət edir. İdxalın 90, 
neft ixracatının 100%-i dəniz nəqliyyatının payına düşür. Küveyt 
qüvvətli milli dəniz donanması yaratmışdır. Ən mühüm dəniz ticarət 
limanları  Əş-Şüveyx (paytaxt rayonunda), Əş-Şüeyb Umm-Qəsrdir. 
İran – İraq və İraq – Küveyt münaqişələri ölkənin dəniz limanlarının 
yük dövriyyəsinin azalmasına səbəb olmuşdur. Buna baxmayaraq 
Küveyt hökuməti dəniz limanlarının (xüsusilə,  Əş-Şüveyx,  Əş-
Şüeyb) inkişafına xüsusi fikir verir. Ölkənin iqtisadi həyatında Mina-
Abdulla, Mina əl-Əhmədi, Mina Səud limanlarının da əhəmiyyəti 
böyükdür. Küveyt region ölkələri arasında  ən iri dəniz ticarət 
donanmasına malikdir (ümumi su tutumu 3,4 mln. ton olan 100 
gəmi). 
Boru nəqliyyatı  şəbəkəsi neft istehsalının inkişafı ilə  əlaqədar 
sürətlə genişləndirilmişdir. Boru kəmərləri ölkənin neft və qaz 
yataqlarını limanlarla əlaqələndirir. Boru yollarının ümumi uzunluğu 
 
130
880 km-dir. Raudateyn-əl-Əhmədi, Umm-Qudeyr – Əş-Şüeyb, Vəfra 
– Mina-Abdulla mühüm neft və qaz kəmərləridir. Münaqiş – Əl-
Əhmədi, Burkan – Əl- Əhmədi, Məqva – əl-Əhmədi istiqamətində də 
boru kəmərləri vardır. Boru nəqliyyatı «Küveyt oyl kompani» 
şirkətinə məxsusdur. 
Hava nəqliyyatı 1953-cü ildən müntəzəm fəaliyyət göstərir. 
1962-ci ildə Küveyt hökuməti hava nəqliyyatı üzərində  nəzarəti öz 
əlinə alır. 1980-cı ildə paytaxtda yeni təyyarə limanı istifadəyə 
verilmişdir. Yaxın Şərqdə ən mühüm hava nəqliyyatı mərkəzlərindən 
biri sayılır. Ölkədə 8 təyyarə meydanı var. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin