137
coğrafiyasını genişləndirməyə təşəbbüs göstərir.
Qətərin xarici siyasəti
üçün onun ərəb ölkələri ilə
münasibətinin əhəmiyyəti böyükdür. Ərəb həmrəyliyinin qəti
tərəfdarı olan Qətər Yaxın Şərq probleminin nizamlanmasında
prinsipial mövqe tutur. İsrail tərəfindən işğal olunmuş bütün ərəb
torpaqlarının qaytarılmasını və müstəqil
Fələstin dövlətinin
yaradılmasını tələb edir. O, həmçinin İran körfəzində sabit vəziyyətin
qorunub saxlanılmasının tərəfdarıdır. Qətərin xarici siyasətində İran
körfəzi sahilinin digər ərəb ölkələri ilə münasibəti xüsusi yer tutur.
1981-ci ildən İran körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurası
yaradıldıqdan sonra bu münasibətlər keyfiyyətcə yeni səviyyə
almışdır. Qətərin hakim
dairələri qeyd edirlər ki, Şura çərçivəsində
əməkdaşlıq ölkənin müstəqil iqtisadi inkişafını və təhlükəsizliyini
təmin edir. Qətər dövləti də Şuranın üzvü olan ölkələrin «Ümumi
bazar»ının yaradılmasının fəal tərəfdarıdır.
Bununla yanaşı Qətərin hakim dairələri sənaye cəhətdən
inkişaf etmiş ölkələrlə də hərtərəfli münasibətlərini genişləndirməyə
çalışırlar. Belə ki, ABŞ-dan Qətərə silah göndərilməsi və İran
körfəzində fövqəladə vəziyyət yaranarsa,
neft mədənlərinin
müdafiəsi üçün ABŞ-ın yaratdığı «çevik silahlı qüvvələrdən» istifadə
edilməsi barədə müqavilələr imzalamışdır.
Dostları ilə paylaş: