Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə102/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   98   99   100   101   102   103   104   105   ...   229
Maliyyə sistemi.1990-cı ilin başlanğıcında Qətərin qızıl-
valyuta ehtiyatı 13 mlrd. dollar, xarici dövlət avurları 12 mlrd. dollar, 
xarici kapital qoyuluşu isə 25 mlrd. dollar qiymətləndirilmişdir. O 
vaxt cəmi 400 min əhalisi olan bir ölkə üçün bu göstəricilər çox 
böyük rəqəmlərdir. «Neft dollarları»  əldə edilməsinə görə  Qətər 
region ölkələri arasında Səudiyyə  Ərəbistanı,  İran, BƏƏ  və 
Küveytdən sonra 4-cü yerə çıxmışdır. Səhmlərin əldə edilməsi Qətər 
milli burjuaziyasının nümayəndələrini Qərbin işgüzar ortaqlarına 
çevirir. 
Dövlət tərəfindən iri xarici şirkətlərin qiymətli kağızlarının 
alınması  və  Qərb ölkələrinə borc verilməsi Qətərin iqtisadiyyatını 
dünya təsərrüfatına bağlayır. Qətər də  Əməkdaşlıq  Şurasına daxil 
olan digər ölkələr kimi inkişaf etməkdə olan ölkələrə güzəştli 
kreditlər verir. Qətər kapitalı Şura üzvü olan digər ölkələrin kapitalı 
ilə birlikdə dünya iqtisadiyyatının inkişafına və beynəlxalq 
münasibətlərin bəzi məsələlərinin həllinə xeyli təsir göstərir. 
Beləliklə, Qətər neft və təbii qaz ölkəsi olmaqla yanaşı, həm də 
böyük kapital ixracatçısıdır. Onun kapitalı dünya təsərrüfatının bir 
çox sahələrində dövriyyədədir. Kapital qoyuluşu dairəsini 
genişləndirmək, müştərək müəssisələrin tikintisi üçün yeni-yeni 
ortaqlar və sahələr axtarır. 
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin