Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə101/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   97   98   99   100   101   102   103   104   ...   229
Xarici ticarət. Xarici ticarət ölkənin iqtisadiyyatı üçün həyatı 
əhəmiyyətə malikdir. Qətər müstəqillik  əldə etdikdən sonra ölkədə 
milli pul vahidindən – Qətər rialından istifadə olunur. Ölkənin sabit 
gəlir mənbəyinə malik olması, Qətərlə ticarət əməkdaşlığını yaratmaq 
istəyən xarici ortaqların sayını da artırmışdır.  İxracatda neft, 
mayeləşdirilmiş qaz, metal, neft-kimya məhsulları, idxalında isə 
maşın və avadanlıq,  ərzaq məhsulları, nəqliyyat vasitələri,  əhali 
arasında geniş istifadə olunan sənaye məhsulları üstünlük təşkil edir. 
Son illər Qətər, Bəhreyn və Küveyt kimi onunla qonşu olan 
ölkələrlə xarici malların geri ixracatçısına (reeksportçusuna) çevrilir. 
Ölkənin tranzit-ticarət mərkəzi kimi mövqeyini gücləndirməyə 
çalışan Qətər hökuməti geri ixracat məhsullarına qoyulan bütün 
vergiləri ləğv etmiş  və idxal malları rüsumuna yenidən baxmışdır. 
Başlıca olaraq idxal olunan çəltik, şəkər, meyvə-tərəvəz, qəzet və ölkəyə 
gələn turistlər gömrük rüsumundan azad edilmiş, idxal olunan digər 
mallara isə olduqca aşağı vergi təyin edilmişdir. 
Qətərin  əsasən Yaponiya, Fransa, Almaniya, İtaliya, Böyük 
Britaniya və ABŞ-la ticarət  əlaqələri saxlayır. Son vaxtlar İran 
körfəzi sahili Dövlətlərin  Əməkdaşlıq  Şurası  çərçivəsində  fəal çıxış 
edir və bu ölkələr arasında Ümumi Bazar və vahid valyuta 
yaradılması təklifini müdafiə edir. 
Ölkədə  nəzərdə tutulan iqtisadi inkişaf proqramının həyata 
keçirilməsi üçün tələb olunan ən yeni maşın və avadanlığın, 


 
149 
tankerlərin, sutəmizləyici qurğuların, bütöv sənaye komplekslərinin 
və s. Qərb ölkələrindən alınması üçün Qətər böyük məbləğdə vəsait 
sərf etmişdir. Qətər hökuməti elm, maarif və  səhiyyənin inkişafına, 
istehlak xarakterli sənaye məhsullarının idxalına bolluca vəsait 
xərcləmişdir. Lakin yanacaq ixracatından valyuta gəliri, xeyli müddət 
ölkənin idxalat xərcindən artıq olduğundan Qətərdə böyük miqdarda 
kapital yığılmışdır. Dövlət bu kapitalı inkişaf etmiş ölkələrin 
sənayesinə qoyur, iri Qərb şirkətlərinin səhmlərini alır, mehmanxalar 
və birgə müəssisələr tikir. Qətər hətta Qərbi Avropa ölkələrinə borc 
da verir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin