Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Səth quruluşu və faydalı qazıntıları



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə104/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   100   101   102   103   104   105   106   107   ...   229
    Bu səhifədəki naviqasiya:
  • Mezazoy
Səth quruluşu və faydalı qazıntıları. Livan əsrarəngiz təbiətə 
malik  ərəb ölkələrindəndir. Təsadüfi deyil ki, onu Yaxın  Şərqin 
İsveçrəsi, Aralıq dənizinin «incisi» adlandırırlar. Sərin dağ dərələri və 
gözəl dəniz sahili çimərlikləri vardır. Səth qurluşuna görə  əsasən 
dağlıq ölkədir.  Ərazisinin beşdə dörd hissəsi 500 m-dən yüksəkdə 
yerləşir. Təbii şəraitinə görə ölkəni dörd təbii-coğrafi rayona ayırmaq 
olar: Sahil düzənliyi; Cəbəl Lübnan (Livan) dağ massivi; Bəqa 
çökəkliyi; Cəbəl Əş-Şeyx və Cəbəl Əş-Şərqi (Antilivan) dağları. 
Livan (qərbdə) və Antilivan (şərqdə) dağ silsilələri ölkə ərazisini 
şimaldan cənuba kəsib keçir. Sıldırım dağ massivlərində 3000 m-dən 
artıq olan yüksəkliklər vardır. Ölkənin ən hündür yeri Qurnət Əs-Səud 
dağıdır (hünd. 3083m). Antilivan dağları ölkənin  şərqində Suriya ilə 
sərhəd boyunca uzanır. Bu dağlar cənubda  Əş-Şeyx dağ massivinə 
(hünd. 2814) keçir. Əş-Şeyx dağları (Avropa ədəbiyyatında Hermon) 
çox sıldırımlı olub bitki örtüyündən tam məhrumdur. 
Ölkənin dağ massivləri mezazoyun
*
 əhəng və qumdaşlarından 
ibarət çökmə suxurlardan təşkil olunduğundan burada karst 
mağaralarına
**
 rast gəlmək olur. Bunlardan biri Ceyt mağarasıdır. 
                                      
*
 Mezazoy – Yerin geoloji tarixində era. Mezazoy erasının yaşı 160-170 
mln. Ildir. 
**
  Karst mağarası – təbii sularla həll olunan suxurlarda yaranmış 
boşluqlar. Karstların yerüstü və yeraltı formaları olur. 


 
151 
Mağaranın tavanından sızan damcılardan  əmələ  gələn  əhəngli  ərp 
yığını süni işıqlandırılarkən «bülluru» xatırladır və bu qeyri-adi 
mənzərə insanı heyrətləndirir. Mağara ölkənin mühüm turizim 
obyektidir. 
Livan dağları qərbdə sahil düzənliyinə enir. Sahildüzənliyinin 
ən ensiz yeri 1, enli yeri isə 10 km-dir. Düzənlik başdan-başa 
portağal və banan plantasiyaları ilə örtülüdür. Ölkənin  ən böyük 
şəhərləri də sahil düzənliyində salınıb. 
Bəqa çökəkliyi Livan və Antilivan dağları arasında yerləşir. 
Çökəkliyin uzunluğu 120 km, dərinliyi isə 750-900 m-dir. Ölkənin ən 
böyük çayı  Nəhr  əl-Litanı bu çökəklikdən axır. Bəqa çökəkliyinin 
cənubu Livanın sıx məskunlaşmış və mühüm kənd təsərrüfatı rayonu 
hesab olunduğu halda, şimalı  əksinə, daşlı  səhradır. Səhrada yay 
aylarında baş verən qum qasırğaları təsərrüfata böyük ziyan vurur. 
Livan ərazisi seysmik zonada yerləşdiyindən Bəqa çökəkliyi və 
sahil düzənliyində tez-tez zəlzələ hadisələri baş verir. Livanda faydalı 
qazıntı azdır. Ölkə tikinti materialları ilə nisbətən zəngindir. 
Bunlardan mərmər, gips, əhəng daşı xüsusilə əhəmiyyətlidir. Livanda 
dəmir və qurğuşun filizləri də aşkar edilmişdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin