Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə105/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   101   102   103   104   105   106   107   108   ...   229
İqlimi və hidroqrafiyası. Livanda subtropik Aralıq dənizi tipli 
iqlim hakimdir. Ölkə iqliminin formalaşmasına  ərazinin səth 
quruluşu və Aralıq dənizinin təsiri böyükdür. Yay uzun, isti və quru, 
qış isə mülayim və yağmurlu keçir. Aralıq dənizi sahillərində iyul 
ayının orta temperaturu müsbət 28, yanvarınkı müsbət 13 dərəcə 
təşkil edir. Dağlara qalxdıqca subtropik iqlim mülayim iqlimlə əvəz 
olunur. Dağlıq  ərazilərdə iyul ayında orta temperatur müsbət 6 
dərəcədən aşağı düşmür. Hündür dağların zirvəsi dekabrdan mayadək 
qarla örtülü olur. 
Bəqa çökəkliyi üçün isti və quru iqlim səciyyəvidir. Burada 
yay aylarında gündüz temperatur 35 dərəcəyədək yüksəldiyi halda 
gecə çox sərin keçir. Yağıntıların paylanmasında  ərazi üzrə  fərqlər 
mövcuddur. Dağlararası çökəkliklərə il ərzində 400, ölkə daxilində 
dağlara 1000 mm, dağların Aralıq dənizi sahili yamaclarına isə 2500-
3000 mm-ə  qədər yağıntı düşür. Ölkəyə yağıntı  əsasən payız-qış 
mövsümündə yağır. 
Yay mövsümünün quraq keçməsinə baxmayaraq, havada 
rütubət yüksək olur (xüsusilə sahildə). 
Ölkənin ən mühüm çayı Nəhr əl-Litanidir. Uzunluğu 182 km olan 
bu çay Bəqa çökəkliyi ilə axaraq Aralıq dənizinə tökülür. İkinci böyük 
 
152
çay ölkənin şimal-şərqindən axan Əl-Asidir (uz. 400 km). Əl-Asi yuxarı 
axınında cəmi 30 km məsafədə Livana məxsusdur. Başlanğıcını 
Livan dağlarından götürən qısa çaylar çoxdur. Çaylarda daşqınlar 
qışda və baharda olur. Ölkənin çayları gəmiçiliyə yararlı deyil. Lakin 
dağ çayları olduğundan onların hidroenerji ehtiyatı böyükdür. Əl-
Litani üzərində bəndlər və kiçik su elektirik stansiyaları tikilmişdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin