Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə108/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   104   105   106   107   108   109   110   111   ...   229
Dövlət quruluşu. Livan parlament şəklində idarə olunan re-
spublika olsa da, siyasi sistemi qeyri-sabitliyi ilə  fərqlənir. Sonrakı 
dəyişikliklərlə 1926-cı ildə  qəbul olunmuş konstitusiya qüvvədədir. 
1943-cü ildə  əldə olunmuş razılaşmaya  əsasən dövlət və hökumət 
rəhbərliyində  vəzifələr konfessional (yəni dini icmalar) prinsip 
əsasında bölünür. Dövlət rəhbəri olan prezident ancaq xristian – ma-
ronit ola bilər. Veto hüququna malik olan prezidentin fəaliyyət 
müddəti altı ildir. Baş nazir sünnü məzhəbli, parlamentin sədri isə şiə 
məzhəbli müsəlman olmalıdır. 
Konstitusiyaya  əsasən icraedici hakimiyyət prezidentin əlində 
cəmlənmişdir. O, Baş nazirlə bərabər ayrı-ayrı nazirləri də təyin edir. 
İnzibati cəhətdən Livan 5 mühəfəzə bölünür. Qanunverici hakimiyyət 
bir palatalı parlamentə 
məxsusdur. Parlamentə deputatlar 
konfessionallıq prinsipi əsasında seçilir. Parlamentin 128 deputatı 4 
illik müddətə seçilir. Parlament ölkə prezidentini seçir, onun təqdim 
etdiyi hökumət üzvlərini təsdiq edir. Hüquq sistemi dini məhkəmələr 
istisna olmaqla Fransa modeli əsasında qurulmuşdur. Xarici siyasətinin 
formalaşmasında Suriyanın, İranın, Fransanın rolu böyükdür. Livanda 
bir neçə siyasi partiya fəaliyyət göstərir. Bunların  ən böyükləri 
Mütərəqqi-Sosialist partiyası; Livan Kommunist partiyası;  Ərəb 
Sosialist Dirçəliş partiyası və başqalarıdır. 
Silahlı qüvvələrin sayı 16 mindən 18 minə qədər olan müxtəlif 
dini təriqətləri təmsil edən ordudan və kiçik (800 nəfərlik),  əsasən 
xristianlardan ibarət hərbi hava (450 nəfərlik) və  hərbi dəniz 
qüvvələrindən ibarətdir. Ordunun heç də hamısı  mərkəzi hökumətə 
sadiq deyil. Ordu əsas etibarilə ABŞ-da, Böyük Britaniyada və 
Fransada istehsal olunmuş  hərbi sursatla təchiz olunmuşdur. Daxili 
təhlükəsizlik qüvvələrinin böyük hissəsi 1987-ci ildə ordunun 
tərkibinə daxil edilmişdir. Nizami ordu ilə yanaşı, dini təriqətlərin 
özlərinin milis qüvvələri də mövcuddur. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin