Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Ölkənin qısa tarixi, idarəolunma sistemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə107/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   103   104   105   106   107   108   109   110   ...   229
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi 
 
Livan qədim tarixə malik ərəb ölkələrindən biridir. Müasir 
Livanın yerləşdiyi  ərazinin  əlverişli cografi mövqeyi, təbii coğrafi 
xüsusiyyətləri eramızdan çox-çox əvvəl burada əhalinin məskun-
laşmasına səbəb olmuşdur. Eramızdan əvvəl IV-II minilliklərdə sahil 
düzənliyində  və Livan dağlarının  ətəklərində  məskunlaşmış 
finikiyalılar bu ərazidə bir neçə quldar şəhər dövlətlər yaradırlar. 
Sonradan bu şəhər – dövlətlər regionda daha güclü feodal dövlətlər 
olan Assur, Babil və Əhəmənilər tərəfindən zəbt olunur. 
Eramızın birinci yüzilliyində Livan, Finikiya ilə bərabər Roma 
                                      
*
  Livan sidri – hündürlüyü 25-40 m-ə çatan, enli, çətirli, iynəyarpaqlı 
ağacdır. Ağacın silueti ölkənin milli bayrağında da əks etdirilmişdir. 


 
153 
imperiyasının tərkibinə daxil olur. Romalılar Finikiya şəhərləri və 
qalalarının yerində Roma üslubunda məbədlər, saraylar tikir, 
körpülər salır, yollar çəkir. Livanda bu günədək saxlanılan orijinal 
memarlıq nümunələrinin xarabalıqları Roma işğalı dövrünə aiddir. 
Eramızın ilk yüzilliklərindən Livanda xristianlıq yayılmağa başlayır. 
Yeddinci yüzillikdə Livan Yaxın Şərqdə get-gedə qüvvətlənən Ərəb 
xilafətinin tərkibinə qatılır. Yerli xalqların danışdığı aramey dili ərəb 
dili ilə  əvəz olunur, əhalinin bir hissəsi  İslam dinini qəbul edir, 
digərləri xüsusilə dağlıq bölgələrdə yaşayanlar isə  İslama qədərki 
etiqadlarını (maronizmi)
*
 saxlayırlar. 
XIII-XVI yüzilliklərdə Livan Misir məmlüklərinin, 1516-cı 
ildə isə Osmanlı türklərinin əsarəti altına düşür. Türklər təqribən 400 
il  əvvəl Livanı öz təsiri altında saxlaya bilmişlər. 1860-cı ildə 
müsəlman-xristian münaqişəsindən bəhanə kimi istifadə edən Fransa, 
xristianları müdafiə etmək məqsədilə Livanı  işğal edir. Bir ildən 
sonra  İngiltərə  və Türkiyənin təzyiqi ilə Fransa öz qoşunlarını 
Livandan çıxarır. Fransa, İngiltərə, Avstriya, Prussiya, Rusiya və 
Türkiyə nümayəndələrindən ibarət Beynəlxalq Komissiya ölkəyə 
muxtariyyət verir və ölkə rəsmi olaraq Livan adlanır. 
1918-ci ilin payızında ingilis-fransız qoşunları Livanı yenidən 
işğal edir. 1920-ci ildə  İngiltərə ilə Fransa arasında gizli sövdə-
ləşməyə  əsasən Livan Fransanın mandatlığı altında idarə olunan 
dövlətə çevrilir. 1926-cı ilin mayında Livan respublika şəklində idarə 
olunan dövlət kimi tanınmağa başlasa da konstitusiyaya görə ölkənin 
xarici siyasəti, milli ordu və müdafiə  məsələləri Fransa tərəfindən 
tənzim olunurdu. Ölkənin müstəqilliyini məhdudlaşdıran konstitusiya 
maddəsi ləğv olunduqdan sonra 1943-cü il noyabrın 22-də Livan 
rəsmi olaraq müstəqil respublika elan olunur. O vaxtdan 22 noyabr 
günü – ölkənin milli bayramı kimi qeyd olunur. Lakin Fransa öz 
qoşunlarını ölkədən 1946-cı il dekabrın 31-də çıxarır. 
XX yüzilliyin ikinci yarısından başlayaraq müstəqil Livanın 
siyasi həyatında ziddiyətlər daha da kəskinləşir.  İstiqlaliyyət qa-
zandığı ilk illərdə Livan hökumətinin yeritdiyi siyasət 1958-ci ildə 
                                      
*
  Maronizm – dini icmaları V-VII yüzilliklərdə Suriyada və Livanda 
Şərq xristian kilsəsinin parçalanması  nəticəsində yaranmışdır. Dini təlimin 
əsasını Maron adlı bir şəxs qoymuşdur. Maronitlər  ərəb dilində ibadət 
edirdilər. 
 
154
xalq üsyanına səbəb olur. Üsyanı yatırmaq məqsədilə Livan 
prezidenti ABŞ-dan kömək istəyir. Bu isə ABŞ-ın Livanın daxili 
işlərinə qarışmasına və ölkəyə qarşı  təcavüzünə  səbəb olur. 1958-ci 
ildə  rəhbərliyə  gələn yeni hökumət ölkənin daxili və xarici siya-
sətində müstəqil istiqamət seçir və  İsrail təcavüzünə  məruz qalan 
ərəb ölkələri ilə həmrəy olduğunu bildirir. 
1968-ci ildən Livan ərazisində Fələstin müqavimət hərəkatının 
(FMH) fəaliyyət göstərməsi İsrailin Livana basqını üçün bəhanə olur. 
1969-cu ildən 1982-ci ilədək Livanda Fələstin Azadlıq Təşkilatının 
(FAT) rəhbər orqanları  və ordu hissələri yerləşmişdi. 1975-ci ilin 
aprelində fələstinlilər ilə Livanın sağ xristian qüvvələri arasında baş 
verən vətəndaş müharibəsi ölkədə kəskin siyasi böhrana səbəb olur. 
Böyük insan təlafatı  və iqtisadi dağıntılarla nəticələnən və 19 ay 
davam edən hərbi  əməliyyatlar,  əsasını Suriya qoşunları  təşkil edən 
ərəb ölkələri birgə qüvvələrinin Livana daxil edilməsindən sonra 
dayandırılır. 
1978-ci ilin martında  İsrail Livanın cənub rayonlarını  işğal 
edir. Dünya ictimaiyyətinin təzyiqi ilə İsrail qoşunları həmin ilin iyu-
lunda ölkədən çıxarılır və Livanın cənub bölgələrinə, yəni  İsrail ilə 
sərhəd bölgələrinə BMT qoşunu yeridilir. 1982-ci ilin yayında İsrail 
yenidən Livana qoşun çıxarır və 1985-ci ilə  qədər ordu hissələrini 
Livanda saxlayır. Eni 10 km-ə qədər olan cənub bölgə İsrailin təsiri 
altında qalır. 1983-cü il mayın 17-də Qərb dövlətləri Livanı İsrail ilə 
«sülh müqaviləsi» bağlamağa məcbur edir. Bir ildən sonra isə bu 
müqavilə qüvvədən düşür. 
2006-cı ilədək ölkənin cənub ərazilərində sabitlik yaratmaq müm-
kün olmamışdır. Həmin ərazilərə mərkəzi hökumət nəzarət edə bilmir. 
Məhz Fələstin muxtariyyətində İsrailin və onun tərəfdarlarının terrorçu 
təşkilat hesab etdikləri «Hizbulla»nın muxtariyyətinin parlament 
seçkilərində qalib gəlməsi və Livanın cənubundakı hakim mövqeyi İs-
raili 2006-cı ilin iyul ayında yenidən Livana hücum etməyə sövq edir. 
Təqribən 35 gün ərzində ölkənin böyük şəhərləri və «Hizbulla» 
təşkilatının bütün məntəqələri dağıdılır. BMT-nin sülh məramlı 
qüvvələrinin Livanın cənub bölgələrində yerləşdirilməsi ilə  əlaqədar 
İsrail – Livan münaqişəsinin qarşısı alınır. 
Livan Respublikası 1992-ci ilin 18 sentyabrında Azərbaycan 
Respublikasının müstəqilliyini tanımışdır. Lakin əfsuslar olsun ki, 
ölkələrimiz arasında iqtisadi münasibətlər geniş inkişaf edə 


 
155 
bilməmişdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin