Torpaq və bitki örtüyü. Livanda qəhvəyi, boz-qəhvəyi tor-
paqlar üstünlük təşkil edir. Sahil düzənliyi və dağ yamaclarında
yüksək məhsuldar qırmızı torpaqlar yayılmışdır. Livan zəngin floraya
malik ərəb ölkələrindən biridir. Sahil düzənliyi həmişəyaşıl bitkilərlə
örtülüdür. Livan dağlarının qərb yamaclarında palıd, ağcaqayın,
dəfnə, şam, yabanı zeytun və s. bitir. Yüksəkliyə qalxdıqca ardıc,
kökü kəsilməkdə olan Livan sidri
*
yayılmışdır.
Ölkə ərazisinin 13 faizi meşələrlə örtülüdür. Livanın şərqində
quraqlığa davamlı bitkilər (püstə, tikanlı kollar və digər kserofit
bitkilər) yayılmışdır.
Livan təbiətinə biganə qalan ölkə deyil. Turizm və istirahət
ölkə iqtisadiyyatına valyuta gətirən əsas sahələrdən biri olduğundan
livan hökuməti təbiətin qayğısına, ətraf mühitin mühafizəsinə ciddi
fikir verir. Bu məqsədlə ölkədə qoruq və yasaqlıqlar, mühafizə
olunan xüsusi ərazilər yaradılmışdır. Lakin əfsuslar olsun ki, Yaxın
Şərq böhranı, xüsusilə İzrail ilə hərbi qarşıdurması onun təsərrüfatına
və təbiətinə böyük ziyan vurur.