147
Vahələrdə tərəvəz və bostan bitkiləri də yetişdirilir.
Köçəri
təsərrüfatlarının əvvəlki əhəmiyyətini itirməsinə baxmayaraq Qətərdə
9
minə qədər dəvə, 7 mindən artıq qara mal, 80 minə qədər
qoyun və
keçi bəslənilir. Umm-Kafnda heyvandarlıq və quşçuluq, Əbu-Saildə
qoyunçuluq fermaları tikilmişdir.
Dəniz ovçuluğu ölkə əhalisinin qədim peşələrindən biridir.
Ölkədə ildə 2 min tona qədər müxtəlif növ balıq ovlanır. Doha
şəhərində ər-Ruvay və əl-Vəkra qəsəbələrində hazırlanan ənənəvi
yelkənli balıqçı qayıqları, ən müasir texnika ilə təchiz edilmiş balıq
ovlayan gəmilərlə əvəz olunur. Balıq ovu üzrə yaradılmış milli
şirkətin xüsusi donanması və balıqdondurma müəssisələri vardır.
Dənizdən mirvari çıxarılması əvvəlki əhəmiyyətini itirsə də bu
ənənəvi peşə ilə məşğul olanlar da vardır.
Mirvari Böyük Mirvari
dayazlığında çıxarılır. Bu dayazlıq Bəhreynin sahil sularından
Birləşmiş Ərəb Əmirliklərinin sahillərinə qədər 500 km-lik məsafədə
uzanmışdır. Burada 220 dayaz yer və say (dəniz dibində hündürlük)
yerləşir ki, həmin ərazilərdə mirvari molyuskaları törəyib artır.
Dostları ilə paylaş: