145
bir hissəsi ölkə tələbatı (elektrik stansiyalarında, su təmizləyici
qurğularda, sənayedə) üçün sərf edilir, Bir hissəsi isə emal olunaraq
butan, propan və yanacaq kimi ixrac edilir. İxrac
edilən təbii qaz
məhsullarından əldə edilən gəlirin qaz sənayesinin gələcək inkişafına
sərf edilməsi nəzərdə tutulmuşdur. Artıq Qətər hökuməti bu sahənin
inkişaf etdirilməsi üçün Fransanın «TOTAL», İtaliyanın «ENİ»,
ABŞ-ın «XANT» şirkətləri ilə müvafiq müqavilələr bağlamışdır.
Xarici şirkətlərin köməkliyi ilə ölkədə təbii qazın
mayeləşdirilməsi üzrə zavod, mayeləşdirilmiş qaz daşınması üçün
tankerlər, okean gəmilərinin qəbulu üçün liman tikilir. Bu layihələrin
həyata keçirilməsi Qətərə 5-6 mlrd. dollara başa gələcəkdir. Təbii qaz
üzrə layihələrin həyata keçirilməsi Qətəri dünyanın iri təbii qaz
ixracatçısına çevirmişdir. Yaponiya ilə bağlanmış müqaviləyə görə
1997-ci ildən etibarən Qətərdən Yaponiyaya hər il 8 mlrd. kub m-dən 12
mlrd. kub m-ə qədər mayeləşdirilmiş qaz göndərilməlidir.
Qonşu
Ərəb ölkələrini təbii qazla təmin etmək məqsədi ilə yeni qaz
kəmərlərinin çəkilişi nəzərdə tutulur. Aydın məsələdir ki, bütün bu
layihələrin həyata keçirilməsi üçün ilk növbədə regionda sabit
vəziyyət, ədalətli sülh yaratmaq vacibdir.
Ölkədə neft-qaz sənayesi ilə yanaşı, digər sənaye sahələrinin
təməli ötən əsrin 70-ci illərin əvvəllərində qoyulmuşdur. Qətərdə
yanacaq resursları bol olduğundan energetika
sənayesi sürətlə inkişaf
etmişdir. Buradakı istilik elektrik stansiyalarında ildə təqribən 7 mlrd.
kvt/saat elektrik enerjisi istehsal edilir.
Ölkədə neft emalı və neft-kimya sənayesi inkişaf etdirilir.
Umm-Səid şəhərində iri neft emalı müəssisəsi fəaliyyət göstərir. Neft
emalı müəssisələrinin ümumi gücü 4 mln. tona yaxındır. Umm-
Səiddə etilen istehsal edən neft-kimya kombinatı, təbii qazın
mayeləşdirilməsi üzrə zavod, azot gübrəsi istehsal edən iki müəssisə,
qara metallurgiya müəssisəsi tikilmişdir.Umm-Baba və Doha
şəhərlərinin yaxınlığında yerləşən ölkənin ilk müəssisələrindən biri
olan, lakin daima yeniləşdirilən sement sənayesinin,
elektrik
stansiyalarının, su təmizləyici qurğuların gücü artırılır.
Ölkədə əhalinin və sənaye müəssisələrinin sayının sürətlə
artması ilə əlaqədar dəniz suyunu təmizləyən köhnə qurğuların gücü
artırılır. Vüseylə şəhərində nəhəng su təmizləyici müəssisə
tikilmişdir. Layihəyə görə zavodun tikintisi 1,3 mlrd. dollara başa
gəlməlmişidir. Bu müəssisənin tikintisində Böyük Britaniya şirkəti də
146
iştirak edir.
Onu da qeyd etmək lazımdır ki, Qətər kapitalının iştirakı ilə
başqa ölkələrdə, məsələn Fransanın
Dyünkerk şəhərində etilen
istehsal edən neft-kimya müəssisəsi tikilmişdir. İdxal məhsullarının
bəzilərinin yerli məhsullarla əvəz edilməsi üçün dövlət tərəfindən hər
cür yardım göstərilir. Dövlət yüngül sənaye və xidmət sahələrinin
inkişafı üçün sahibkarları həvəsləndirir. Ölkənin kustar sənaye
müəssisələrində yun parça, gön-dəri məmulatı, metal və zərgərlik
əşyaları istehsal olunur. Kustar sənaye müəssisələrinə ölkənin hər
yerində rast gəlinir. Yeyinti sənayesinin
inkişaf etdirilməsinə yerli
sahibkarlar, xüsusi firma və şirkətlər cəlb olunmuşdur. Bu sahələrin
müəssisələrində un, şəkər, spirtsiz içkilər və s. istehsal olunur.
Dostları ilə paylaş: