Amma katib bu xüsusda heç bir söz demədi. Görünür, fikrini söylər- kən hər iki tərəfin iştirakını lazım bilirdi. O indi tamam başqa bir m ə sələdən söz saldı: - Dünən rayonlardan birində idim. Kəndlərimizdə kütləvi bir hə rəkat başlanmışdır: hamı elektrik işığında oturmaq İstəyir, Bəzi kolxoz sədrləri heç kəsdən kömək almayıb, özləri stansiya tikdiriblər. Həmin rayon mərkəzinə bitişik yüz əlli təsərrüfatı olan bir kənd var... (Katib qəsəbənin də, kəndin də adını söylədi) Q əsəbədə elektrostansiya xarab olduğundan, kənd onlara işıq verir. Qəribədir ki, sadəcə bir tə sadüf nəticəsində bu fikir başlarına gəlib. Qəsəbədəki teatrda yeni bir tamaşa göstərirlərmiş, həmin kolxozun üzvləri də salonda oturub, pər dənin qalxmasını gözləyirlərmiş. Birdən işıqlar sönür. Məlum olur ki, elektrostansiya sabaha qədər işıq verə bilm əyəcək. Biletləri qaytarma lı olurlar. Kolxoz sədri deyir ki: “camaat, bir az gözləyin, mən işığı dü zəltdirərəm...” Elə oradaca kolxozun üzvlərindən birinə əmr verir ki, tez kənd elektrostansiyasını şəhərlə calaşdırsınlar. Bir saat belə keç məmiş teatr onlardan işıq alır, tamaşanı gösterir. Ondan sonra kolxoz bütün qəsəbəyə elektrik xətti çəkdirməyi boynuna götürür. İndi nə vaxt qaranlıq otsa, kənd onları işıqla təmin edir. Qüdrət, Aslanovun bu əhvalatı nə üçün söylədiyini bir dürlü başa düşmürdü. Deyəsən katib onun təəccüblə baxdığını duyub, yenə sözü nə davam etdi: - Bu ii, başqa bir sıra kolxozlar da öz planlarında elektrik stansiya ları qurmaq m əsələsini nəzərdə tutublar. Ancaq kolxozların bir neçə sində hələ bu təşəbbüsü həyata keçirə bilmirlər, çünki onlara vaxtında mühəndis-texniki yardım göstermək mümkün olmur. Bakı müəssi sələri bu hərəkata kömək eləsələr necə olar? Olmazmı ki, ayn-ayrı