Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


onların üstünə süd kimi ağ bir işıq saldı



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə299/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   295   296   297   298   299   300   301   302   ...   382
Sechilmish eserleri II cild

onların üstünə süd kimi ağ bir işıq saldı.
Birdən Comil Zivərin səsini eşitdi:
- Ne olub sənə, ay qız? N iyə qanın qaradır?
Lətifə dinmədi. Başını Zivərin çiyninə söykədi.
- Bayaqdan fikir verirəm. Demə ki, Zivərin gönü qalındır. Axı o seni
görmədi. Usta onun başım qatmışdı. Mən bilinəm ki, o səni çox istəyir.
Günah Özündədir. Xətrinə dəymisen.
Lətifə yenə dinmodi.
- Yaxşı oğlandır. Səməndər m ənə deyib. Ürəyi təmiz, yoldaşlıqda
vəfalıdır. Amma gözəl oxudu. Deyəsən hava da özünündür. Sözləri
necə idi?.. Hayıf yadımda qalmayıb.
Səbirsizlikdən az qala Cəmilin ürəyi yerindən qopurdu: “Gör qızı
nə tovlayır! Görək Lətifə özü nə deyəcək?” deyə nifrətlə Zivərə ba­
xırdı.
Yenə Zivərin səsi eşidildi:
- Bu nədir, sən ağlayırsan?
Qaranlıq bucaqda durub, onlara qeyri-adi bir intizarla baxan
Cəmil, Lətifənin hıçqırıqlarını aydın eşidirdi.
243


“Aha, Tahiri sevirmiş...” Cəmil, elo bil gicgahlarında vuran damar­
ların zərbindən bir az geriyə çəkildi və burada gizlənib oğrun-oğrun
baxdığını kiminsə görəcəyindən qorxurmuş kimi, tez uzaqlaşdı.
Ümumi yaşayış evinə gələndə, yoldaşları hələ yatmamışdı.
Səməndərlə Biləndər bir-birinin sözünü kəsərək Tahiri tərifləyir,
konsertdə hamıdan çox onun müvəffəqiyyət qazandığını söyləyirdilər.
- Doğru deyirsiniz, bu gün Tahirin gəlhagəli başlanıb, - deyə
Cəmil adəti üzrə ciddi və sakit bir tərzdə əlavə etdi.
Səməndər bir Tahirə, bir də Cəm ilə diqqətlə nəzər salıb, zarafat
tərzində, bic-bic gülərək dedi:
- Aşna, elə bilmə ki, görmədim ha!
Cəmil diksinərək gözlərini Səməndərə zillədi:
- Nəyi?

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin