bilərsən ki, öz trestin geridodir, partiya sənə aid olmayan bir işi de
boynum yükləyir... M əsəl var: “Çobanın könlü olsa, təkədən pendir
tutar”. Bir qədər düşünsən, görərsən ki, belə lazımdır.
Katib susdu. Ayağa qalxıb ağır-ağır gezinm eyə başladı.
Katib:
- Dünən cavan fəhlələrin yeməkxanalarına baxırdım, - dedi,
-çoxdandır onlar göyərti, alma-armud üzü görməyiblər. Bakının
meyvəsi ilə onları doydurmaq çətindir. Yaxşı olmazmı ki, belə şeylər-
lə də kolxoz sizə kömək eləsin? Lap sizin rayonda dükan açıb m eyvə-
cat satsın?
Qüdrət də istər-istəm əz qımışdı: “Aha, indi bildim bu müqəddimə
nə üçündür”.
- He, necə fikirdir? - deyə Aslanov soruşdu.
Qüdrət bir qədər düşündü. Zehnində haqq-hesab elədikdən sonra
cavab verdi:
- Mümkündür. Geridə qalmış olsam da, bir-iki kəndi boynuma gö
türərəm.
Bu anda qapı açıldı... Katibin köməkçisi içen girib, çağırılmış
adamların gəldiklərini xəbər verdi. Katib:
- Çağırın, çağırın! - deyə yenə gəzindi.
Bir an sonra Azəm eft rəisi ilə Mirzəyev daxil olub salam verdilər.
Aslanov onlarla el tutuşdu. İri v e sərt gözlərini bir xeyli onlann üzün
də gəzdirdi və əllərini dalında çarpazlayıb yenə kabinetdə var - gəl
etdi.
,
R əislə Mirzəyev yanaşı oturdu.
Hə, bu proektlə tamşsınızmı? - deyə katib birden duruxub A zər-
neft rəisinə baxdı, əlilə layihə kağızlarım gösterdi.
Mirzəyev ayağa qalxdı:
Dostları ilə paylaş: