Fikir verirsən, külək bərkiyir? - Elədir, tufan qalxacaq, hə ? - Belə getsə, he. Aralıqda yenə sükut oldu. Hər ikisi danışmağa çətin söz tapırdı. (Bizim hansımız gənc yaşlarımızda bu çətinliyə rast gəlməmişik?) - Qorxurdum ki, gəlm əyəcəksən. Dəm ək rəhbəri az qaldı məni gecikdirsin. Elə gözüm siz tərəfidə İdi. Lətifə onun üzünə baxmır, dodaqaltı gülümsəyirdi. Tramvay gəldi. Şəhərə getdilər. Lakin kinoya bilet tapa bilmədi lər. Saat on birdə başlanan seansa qalmaq olmazdı. Lətifə evə, Tahir ışo tolosirdi; səhər tezdən qalxmalı idi. Deyəsən bu hadisə ürəklərindən oldu. Küçə ile yuxarı qalxmağa başladılar. Tahir də, Lətifə də özünü xoşbəxt hiss edirdi, hər ikisinin 252 < H V
qəlbi qeyri-adi bir sevinclə döyünürdü. Lakin bıı xüsusda danışmaq nə qədər çətin idi! Lətifə gur işıqda aydın görünən Nizami muzeyini gös tərdi: - Heç buralara golmisonmi? - deyə soruşdu. - Şairlərin heykəlinə bax! Tahir muzeyin ikinci mərtəbəsində, Azerbaycan şairlərinin cərgə ilə qoyulmuş heykəllərini bircə dəfə görmüşdü: - H ayıf ki, Sabirİnkini qoymayıblar, - deyə Tahir düşüncəli bir görkəm aldı. - Çünki onun xüsusi meydançası var, orada da heykəli qoyulub. - Doğrudur, ancaq dostu dostdan ayırmaq yaxşı deyil, - Sən Sabiri çoxmu sevirsən, Tahir? - Onu sevməyən oxucu varmı? Mənim anam savadsızdır, amma Sabirin çox sözünü əzbər bilir. Onlar yenə yola düzəldilər. Küçə uzunu aşağı-yuxan axman adamların sayı-hesabı yox idi. Lotifo bir-bir uca binalan göstərir, Tahiri başa salırdı: - Bura Elmlər Akademiyasının binasıdır. Vaxtilo moşhur milyoner Musa Nağıyev tikdirib. Görmüsən, yox? - Görmüşəm, amma kim tikdirdiyini bilmirdim. Onun barəsindo