olduğumuzu unutmuruq. Aslanov səmimi bir əda ilə deyilən bu sözlərin ürəkdən gəldiyinə şübhə eləmirdi. O, bütün briqadanın hər zaman necə gərgin bir diqqət lə işlədiyindən xəbərdardı. - Amma şəxsən sizin bir günahınızı bağışlamayacağam, - deyə Aslanov eyni ciddiyyətdə sözünə davam etdi, - gərək ki, sizin buruq da telefon var, he? - Bəli, var. - Telefonun yanında asılmış siyahıda menim də nömrəm yazılmış dır eləmi? - Elədir. - Bəs nə üçün m ənə zəng eləməmisiniz? Yoxsa o nömrə elə-belə, forma üçündür? Volkovun dodaqlarında acı təbəssüm titrədi. - Doğrusu, mən qara xəbərləri deməkdən xoşlanmıram. - Nahaq, nahaq! - Aslanov fırlanan rotora yaxın gəldi. - Bes gil məhlulu zavodu sizə necə kömək eləyir? Onlardan şikayət eləyə bilmərəm, - deyə Volkov ağır-ağır dil ləndi. - Yox, gil məhlulu zavodunun günahını yumaq lazım deyil. Ora dakılar ümumən pis işləyirlər. Məhlulun keyfiyyətini yüksəltməyə az fikir verirlər. Yoxsa düz demirəm? Aslanov sıravi fəhlələrlə söhbət eləm əyə ehtiyac duyurdu. İki-üç gün idi ki, neftçilərin ümumi Bakı müşavirəsində çıxışa hazırlaşırdı. O, belə hallarda mədənləri daha çox gəzir, ayrı-ayrı briqadaların səsi ni eşitmək istəyirdi. İndi İsə uzun söhbətə İmkan yox idi. Hamı bərk məşğul idi. Bir do mexanizmlərin gurultusu onların danışığını aydın 255
eşitməyə mane olurdu. Xüsusən Volkovun har şeyi öz günahı kimi qə ləm ə verdiyini görüb, ondan xeyirli bir molumat ala bilməyəcəyini yəqin eləyəndən sonra hamı ilə salamatlaşdı, maşına minib o biri bu- ruqlara sürdürdü və yalnız axşam saat on birdə evinə qayıtdı.