atam çox danışır. Bax, bu uca binanı başa çatdırana qədər mühəndis lap cana doyub. - Niyə? - Nağıyev çox xosismiş. Dostları sözü bir yerə qoyublar ki, gəlin onu tovlaşdıraq mərhum oğlu İsmayılın adına bir saray tikdirsin. Amma görürlər ki, sarayın əsil xərcini ona desələr, heç razı olmayacaq. Dost larından biri deyir ki, smeta tutduraq, pulunu lap az göstərək, qoy birin ci mərtəbə tikilib qurtarsın, sonra deyək ki, pul çatmadı. O vaxt məcbur olub yenə pul verəcək. Yazıq mühəndis kələyə düşür. Hər dəfə ondan pul istəyəndə üzü danlanır. Nağıyevdən pul çıxanda elə bil cam çıxır. Bu bina tikilib hazır olandan sonra, xeyriyyə cəmiyyətlərindən biri yetim uşaqlar üçün konsert düzəldibmiş. Şəhərin dövlətlilərini çağınb- larmış. Nağıyev özü də buradaymış. Qonaqların döşünə nişan taxıb pul yığırlarmış. Axırda gəlib Nağıyevin qabağında dayanırlar. O, elini cibi nə atır, bir abbası çıxardır. Pul yığan oğlana verir. Nağıyevin dostların dan biri deyir ki: “A kişi, sən neyləyirsən, bu nədir? Oğlun beş yüz 253 < H V
manat verdi”. Onun cavabı bu olur ki, “mənim oğlumun atası milyoner- dir, o istədiyi qədər verə bilər, amma mənim atam samançı olub”. Tahiri təəccüb götürmüşdü. O: - Bu əhvalat olub, yoxsa elə-belə uydurublar? - deyə maraqlandı. - Yox, yox, olub. Atam danışır. Nağıyevin xəsisliyi bütün Bakıda məşhurmuş. - Gör bir Bakı neftinin qazancı kimlərin cibinə axırmış!.. Tahirlə Lətifə yenə tramvaya minib evə qayıtdılar. Lakin onlar bir-birlərindən ayrıla bilmirdilər. Tez-tez xudahafizləşir, amma yenə de dönüb gəzişə-gəzişə söhbət edirdilər. B eləliklə saat on bir oldu. - Yox, gedək Tahir. Anam nigaran qalar.